Gündəm

Mübariz İbrahimovla bağlı məsələ parlamentdə müzakirə edildi

Oqtay Əsədov: ”Belə cılız məsələləri Milli Məclis səviyyəsində müzakirə etmək düzgün deyil”

Deputatlar Mübariz İbrahimovla bağlı birmənalı qarşılanmayan fikirlər sələndirən Nərmin Şahmarzadəyə etiraz edib

“Bu insan heç universitet də bitirməyib, onun psixoloq olmasına hələ illər lazımdır. Belə olan halda, nəyə görə onun haqqında müzakirə açmalıyıq? O xanımın cavabını xalq verdi, ona görə də xahiş edirəm, bu məsələnin üzərində çox dayanmayaq. Belə cılız məsələləri Milli Məclis səviyyəsində qaldırmaq, müzakirə etmək düzgün deyil. Bunun əleyhinəyəm”.

Bunu Milli Məclisin sədri Oqtay Əsədov özünü psixoloq kimi təqdim edən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndirdiyi fikirlərə etirazını bildirən deputatlara cavab olaraq deyib.

Spiker deyib ki, xalqın sosial şəbəkələrdə bu məsələyə hansı diqqəti göstərdiyi aydın görünür:

“İnsanlar Milli Qəhrəmana olan münasibətlərini ortaya qoydular”.

Fəzail Ağamalı
Fəzail Ağamalı

Deputat Fəzail Ağamalı deyib ki, son vaxtlar ayrı-ayrı sosial şəbəkələrdə Azərbaycana qarşı yenə də böhtan, qərəz, təhqir dolu fikirlər ifadə olunmaqdadır:

“Bu, həm Avropada yerləşən anti-Azərbaycan qüvvələri tərəfindən, eyni zamanda ən müxtəlif layihələrlə Azərbaycanın bəzi gənclərinin beyinlərinin yuyulması hesabına həyata keçirilir. Dövlət başçısı, ayrı-ayrı məmurlar, deputatlar, ziyalılar, vətənpərvər qüvvələr, xüsusən müqəddəs olan şəhidlərimiz belə təhqir olunur. Əlbəttə, bütün bunlara qarşı Azərbaycanın dövlət təhlükəsizliyində mühüm rol oynayan hüquq-mühafizə orqanları artıq ciddi hərəkətə keçməlidir, bu cür insanlara qarşı Azərbaycan qanunları çərçivəsində konkret və ciddi addımlar atılmalıdır”.

Fəzail İbrahimli
Fəzail İbrahimli

Deputat Fəzail İbrahimli deyib k, Mübariz İbrahimovun qohumları və ailəsi onun seçildiyi dairədə yaşayırlar:

“Bu məsələni gündəmə gətirməyəcəkdim. Çünki parlamentdə müzakirə olunmağa layiq deyil. Ancaq deputat kimi borcumdur ki, münasibət bildirim. Burada genetik kodlar rol oynayır. O, öz dayılarını müdafiə edir. İkincisi də, onun özünün psixoloqa ehtiyacı var”.

24saat.org məqaləni Meydan TV-yə istinadən təqdim edir

Gözdən qaçırmayın:  “Kiyev kabusu” artıq 16 Rusiya təyyarəsi vurub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button