Xəbərlər

Mübariz Mənsimov şərti azadlıqdadır

Türkiyədə həbsdə olan işadamı Mübariz Mənsimov bu gün, martın 5-də məhkəmə nəzarəti altında şərti azadlığa buraxılıb. Qərar İstanbul Ədliyyə Sarayında keçirilən prosesdə elan olunub. Məhkəmə İstanbul Cümhuriyyət Prokurorluğunun M.Mənsimovun şərti azadlığa buraxılması barədə vəsatətini təmin edib.

“Palmali” Şirkətlər Qrupunun baş meneceri Fidan Quliyevanın bildirdiyinə görə, M.Mənsimov son sözündə bunları deyib: “Mən bir daha əminliklə bəyan edirəm, heç bir zaman heç bir terror təşkilatına nə mənəvi, nə də maddi yardım etmişəm… Mən, bəraət istəyirəm, cənab hakim!…”.

M.Mənsimov ötən il martın 15-də İstanbulda saxlanıb. Türkiyə mediasında yazılanlara görə, o, İstanbul Baş Prokurorluğu Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin apardığı araşdırma nəticəsində tutulub. İşadamının ofisində axtarış aparıldığı da bildirilib. “Hürriyet” qəzeti yazırdı ki, əslən Azərbaycandan olan işadamı M.Mənsimov 2016-cı ilin iyununda Türkiyədəki çevriliş cəhdi və ABŞ-da yaşayan Fətullah Gülənlə əlaqələrə görə tutulub.

2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı yüzlərcə insan həlak olub. Daha sonra minlərcə adam həbs edilib, on minlərcə isə işdən çıxarılıb. Türkiyə rəsmiləri iddia edirlər ki, həmin çevrilişə cəhdi hazırda ABŞ-da yaşayan F.Gülən hazırlayıb. O, habelə terrora dəstəkdə ittiham edilir. Amma əslən Türkiyədən olan ilahiyyatçı F.Gülənin özü bu ittihamları qəbul etmir.

M.Mənsimov 1968-ci ildə Bakıda doğulub. Burada hərbi məktəb bitirib. O, “Palmali” Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib.

24 saat” “Mübariz Mənsimov şərti azadlıqdadır” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button