2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Mübariz Mənsimov: “Mənimlə bağlı bu işi Rövnəq Abdullayev və Azərbaycan dövlətinin içindəki bəzi adamların sifarişilə edirlər”

İş adamı Mübariz Mənsimov həbsxanadan ictimaiyyətə müraciət ünvanlayıb: “Mənimlə bağlı bu işi SOCAR, Rövnəq Abdullayev, Anar Alizadə (Aliyev – Arda Akın və ya başqa bir ad) və Azərbaycan dövlətinin içindəki bəzi adamların sifarişi və dəstəyilə ilə edirlər. Mən həyatımda Allahdan başqa kimsədən qorxmadım. Bu saatdan sonra da savaşmaqdan imtina etməyəcəyəm. Şərəfsiz yaşamaqdansa, şərəfimlə ölməyi seçərəm. SOCAR-ın rəhbəri və onun adının nə olduğu bəlli olmayan Anar Əlizadə adlı əqrabası ikisi də mənim satılmış işçilərim olan qrupa – Alaatdin Aykaç, Ali Kemal Çelikten, Mehmet Erçil və Fatih Berbere pul verərək bu ittihamlarla bağlı ifadələri verdiriblər. Çünki Londonda milyard dollarlıq məhkəmə prosesində uduzacaqlarını bilirlər. Buna görə bu yola baş vuran saxtakarlar Türkiyədə hüququ ayaqlar altına atıblar. Bu 4 saxtakara qarşı mənim illərlə açdığım məhkəmə davam edir. Prokuror və hakimlərə pul yediriblər. Bunların mənə edəcəklərini və bir oyun quracaqlarını 5 ay öncə bir rus dost mənə söyləmişdi. Buna görə bu məlumatı dəyərli Cümhurbaşkanımız Recep Tayyip Erdoğanla paylaşdım. Hüquq mühafizə orqanlarına məlumat verdim. İndi heç bir şey olmamış kimi gülüb keçənlər var. Heç hüququn üstünlüyünə inanmırsınızmı? Bütün bunlar Türkiyədə hüququn qalmadığının sübutudur. Ancaq mən yenə də mənə qarşı bunu edənlərlə bağlı hüquq yolunu seçdim. Allahın icazəsiylə savaşımı aparacağam. Sizlərin aciz və nə qədər xaraktersiz olduğunuzu görürəm. Əxlaq və kişilikdən mərhum adamlarsınız. Sahiblərinizə unutmasınlar deyə bunu xatırlatmaq istəyirəm: Biz şərəfli insanlar ailəmizdə Atatürk prinsipləri ilə yaşayırıq. Biz şərəfli həyat yaşayırıq. Amma bu, sizdə yoxdur”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button