2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İdman

Mübariz Mənsimov “Xəzər Lənkəran”ı bağladı

“Xəzər Lənkəran” Futbol Klubunda fəxri prezident Mübariz Mənsimovun başçılığı ilə iclas keçirilib.

“Report”un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Lənkəran təmsilçisinin fəaliyyətinin bütün istiqamətləri müzakirə olunub, hər bir fəaliyyət istiqaməti hazırda mövcüd olan reallıqlara uyğun olaraq qiymətləndirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Yekunda qərara alınıb ki, “Xəzər Lənkəran” Futbol Klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın.

*   *   *12:30

“Xəzər Lənkəran” futbol klubunun taleyinə mayın 30-da aydınlıq gələcək. Klubdan verilən məlumata görə, bazar ertəsi keçiriləcək daxili toplantıda komandanın gələcək fəaliyyəti müzakirə olunacaq.

2015-2016 mövsümünün yekunlarına əsasən, “ağ-yaşıllar”ın Azərbaycan Premyer Liqasında 10 komanda arasında sonuncu yeri tutublar. Reqlamentə əsasən, bu halda klub növbəti mövsüm I Divizionda mübarizə aparmalıdır. Üstəlik, AFFA Lisenziya Komissiyası “Xəzər Lənkəran”a Premyer Liqada iştirak üçün lisenziya verməyib. Klub sənədlərindəki çatışmazlıqları mayın 30-dək aradan qaldırmalıdır.

Klubdan bildirilib ki, iclasda komandanın Premyer Liqada iştirak üçün lisenziya sənədlərini AFFA-ya təqdim etmə və ya fəaliyyətini dayandırma qərarını verəcəyi gözlənilir.(report.az)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button