2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Mubariz Mansimovun Hüquqlarının Müdafiə Komitəsi bxəyanət verdi

Mubariz Mansimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsinin

BƏYANATI

Saytların yığılması Saytlarin yigilmasi

Öncə çox təəssüflə bildirmək istəyirik ki, tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi, gənc nəslin maarifləndirilməsi üçün daim təhsil proqramlarını maliyyələşdirən Palmali Şirkətlər Qrupunun təsisçisi Mübariz Mənsimov artıq neçə gündür ki, Türkiyə Cümhuriyyətində həbs edilib. Məhz bu, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir araya gəlməsinə səbəb olub. Biz Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsini yaratmaq məcburiyyətində qalmışıq. Komitə müstəqil qurumdur və heç bir dövlət, qurum, şəxs qarşısında siyasi, hüquqi, mənəvi öhdəliyi yoxdur. Bizim məqsədimiz ən qısa zaman ərzində Mübariz Mənsimovun azadlığına nail olmaq və onun öz fəaliyyətini bərpa etməsidir.
Bunun üçün biz bu bəyanata imza edənlər Türkiyə Cümhuriyyəti cümhurbaşkanı sayın Recep Tayyip Erdoğana, Türkiyə Cümhuriyyəti Adelet Bakanlığına müraciət edərək, bildiririk ki, azərbaycanlı iş adamı Mübariz Mənsimov çirkin bir iftaraya məruz qalıb. Türkiyə Cümhuriyyətinə böyük yatırımlar etmiş bu iş adamı bütün fəaliyyəti boyunca xeyriyyəçiliyi təbliğ etmiş, Türkiyə və Azərbaycan qardaşlığının inkişafına çalışıb. Yüzlərlə, minlərlə insana, tələbəyə yardım edib. Biz onun fəaliyyətilə bağlı çox məlumatları Sizlərə təqdim edə bilərik. İnternet resurslarında bu barədə kifayət qədər informasiya var.
Sayın cümhurbaşkanı Recep Tayyip Erdoğan, sayın Türkiyə Cümhuriyyəti rəhbərliyi. Biz bu bəyanata imza atan şəxslər dünyanın ən müxtəlif dövlətlərində yaşayan siyasi xadimlər, jurnalistlər, yazarlar, ictimai fəallar, sadə vətəndaşlarıq. Bu bəyanata dünyanın bütün vicdanlı Azərbaycan türklərləri imza atarlar. Biz Sizlərdən Mübariz Mənsimovla bağlı atılan çirkin iftiraların ədalətlə araşdırılmasını, millət və dövlətlər qarşısında xidmətlərini nəzərə alaraq, istintaq zamanı azadlıqda qalmağını təmin etməyinizi xahiş edirik. Bizlər əminik ki, ədalətli araşdırmalar bu vətənpərvər, Türkiyəsevər, xeyriyyəçi şəxsiyyətin çirkin iftiraya məruz qaldığını sübut edəcəkdir.
Biz Türkiyə Cümhuriyyətinin ədalətinə inanır və tezliklə maarifpərvər, xeyriyyəçi iş adamı Mübariz Mənsimovun haqq etdiyi azadlığına qovuşacağına əminliyimizi ifadə edirik.
Bütün bunlara rəğmən, həm də inanırıq ki, ilahi ədalət qalib gələcək.

Sayğılarla, Mübariz Mənsimovun Hüquqlarının Beynəlxalq Müdafiə Komitəsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button