2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Mübariz Qurbanlı: “ABŞ səfirinə dedim ki, bizim də sizin kimi atom bombamız olsaydı…''

”Bütün kitabları Azərbaycana buraxa bilmərik”

Saytların yığılması Saytlarin yigilmasi

“Müsəlman ölkələrində əhalinin 50 faizi savadsızdır. Bəzi müsəlman ölkələrinə gedəndə savadsızlıq və cəhalətin şahidi olursan. Ölkəmiz isə bu cəhətdən inkişaf edib və digər müsəlman ölkələrdən fərqlənir”.

“Report”-un məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, yeni texnologiyaların kəşfində müsəlman ölkələrin payı 1 faizə bərabərdir: “Müsəlman ölkələrində təhsilin səviyyəsi də aşağıdır”.

Komitə sədri Azərbaycandakı iqtisadi azadlıqlardan da danışıb: 

“İqtisadi azadlıq inkişafın rəhnidir. Siz inkişaf etmək istəyirsinizsə, onda azadlıq verin. Tez-tez Dövlət Gömrük Komitəsi bizə kitablar göndərir. Biz də rəy veririk. Təbii ki, bu, doğru addımdır. Bəzən bizə deyirlər ki, internet əsrində niyə kitabları məhdudlaşdırırsız?! Onsuz da o kitabları internetdə tapa biləcəklər. Biz də deyirik ki, əgər elədirsə, gəlin kinoteatrlarda bütün filmləri göstərək. Təbii ki, kinoteatrlarda bütün filmlərin göstərilməsi mümkün deyil. Eyni zamanda bütün kitabları Azərbaycana buraxa bilmərik”.

M.Qurbanlı ABŞ-ın Azərbaycandakı səfiri ilə apardığı bir müzakirənin detallarını da açıqlayıb: 

“ABŞ səfiri ilə görüşəndə mənə dedi ki, siz kitabları niyə belə məhdudlaşdırırsınız? Bizdə də bəzi qruplar var ki, xristianlığı təhrif edir. Biz onlara sərbəstlik vermişik və nə edirlər etsinlər. Mən isə dedim ki, bizim də sizin kimi atom bombamız və pulumuz olsaydı, biz də elə edərdik. Biz yeldöyəndə yerləşirik. Burada həm dini, həm də geopolitik baxımdan toqquşma ola bilər”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button