Xəbərlər

Müdafiə naziri ASELSAN şirkətinin rəhbərini qəbul edib

Loading...

Bakı/23.11.21 Çərşənbə axşamı Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin ASELSAN şirkətinin baş direktoru Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Hərbi-texniki sahədə ikitərəfli əməkdaşlığa toxunan Həsənov ASELSAN şirkətinin istehsalı olan və İkinci Qarabağ Müharibəsi zamanı istifadə olunan texniki avadanlıqların yüksək keyfiyyətini xüsusilə qeyd edib.

Müasir döyüş əməliyyatlarının aparılmasının yeni üsul və metodları, həmçinin Azərbaycan Silahlı Qüvvələrinin texniki təchizatının yaxşılaşdırılması məqsədilə birgə layihələr müzakirə olunub.

Qeyd olunub ki, Azərbaycan ordusunun qabaqcıl informasiya texnologiyaları və rabitə sistemlərilə təchiz edilməsi qoşunların gizli, operativ idarəolunmasını, onların manevr imkanlarının, ümumilikdə isə döyüş qabiliyyətinin artırılmasını təmin edəcək.06D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button