Xəbərlər

Müdafiə naziri NATO generalı ilə regiondakı vəziyyəti müzakirə edib

Bakı/12.10.21 Çərşənbə axşamı müdafiə naziri Zakir Həsənov NATO Müttəfiq Qüvvələri Əməliyyat Komandanlığının Tərəfdaşlıq İdarəsinin  rəisi kontr-admiral Bülent Turanı qəbul edib.

Həsənov azad edilmiş ərazilərdə görülmüş işlər və Ermənistan-Azərbaycan sərhəddində mövcud vəziyyət barədə qonağa məlumat verib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirib.

NATO ilə əməkdaşlığın hazırkı vəziyyətindən və bu sahədə əldə edilmiş müsbət nəticələrdən məmnunluğunu bildirən Həsənov münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Kontr-admiral Turan Əfqanıstanda “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verdiyi töhfəyə görə Azərbaycan hərbçilərinə təşəkkür edib və mövcud hərbi əməkdaşlığın daha da genişləndirilməsini dəstəklədiyini bildirib.

Tərəflər NATO ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilən birgə tədbirlər barədə fikir mübadiləsi aparıblar.—16D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button