Müdafiə Nazirliyi: ‘Azərbaycan ordusu Laçın rayonuna daxil olub’


Azərbaycan ordusunun bölmələrinin Laçın rayonuna daxil olduğu bildirilir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi (AMN) bu gün, dekabrın 1-i gecə saat 00:19 radələrində məlumat yayıb:

“Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub”.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. 

Noyabrın 10-da (9-da) Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. 

Bundan əvvəl, noyabrın 20-də Azərbaycan ordusu razılaşmaya uygun Ağdam rayon mərkəzinə daxil olmuşdu. Noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilmişdi.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24saat.org

Mənbə – azadliq.org

Müzakirə mövzusu - post

SON XƏBƏRLƏR

Kateqoriyalar

Hava

Baku, Azerbaijan
Cümə axşamı, Yanvar 28, 2021
Clear
2 ° c
85%
3.73mh
-%
6 c 4 c
C
9 c 5 c
Şb
8 c 4 c
Bz
11 c 6 c
Be

Seçmə