2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Müdafiə Nazirliyi Buzluq dağı və ətraf yüksəkliklərin nəzarətə alındığını bildirir

Azərbaycanın Müdafiə Nazirliyi Buzluq dağı və ətrafındakı yüksəkliklərin nəzarətə alındığını bildirir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə avqustun 6-da Müdafiə Nazirliyinə istinadla Azərbaycanın rəsmi xəbər agentliyi AzərTac məlumat yayıb.

” Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux (Buzluq-AR) dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib.” -açıqlamada deyilir.

Rəsmi xəbərlə yanaşı sosial şəbəkələrdə sözü gedən dağla bağlı olduğu iddia olunan video paylaşılıb. Həmin videoda Azərbaycan hərbçiləri bir yüksəkliyə Azərbaycan bayrağını sancırlar. Bundan başqa Azərbaycan əsgərlərinin yanında əlində Rusiyanın bayrağı olan Rusiya hərbçisi də görünür.

Üç gün əvvəl də Müdafiə nazirliyi bir neçə yüksəkliyin nəzarətə götürüldüyü bildirib.

Nazirliyin avqustun 3-də yaydığı məlumatda Laçın və Kəlbəcər rayonları istiqamətindəki yüksəklikləri həmin bölgədə bir hərbçinin həlak olmasından sonra keçirilən əməliyat nəticəsində nəzarətə alıb.

Nazirliyin elə həmin gün yaydığı digər məlumatda qeyd olunur ki, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

Azərbaycan Ordusunun keçirdiyi cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb-Nazirliyin avqustun 3-də yaydığı açıqlamada deyilir.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona ( Kəlbəcər rayonu daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button