Loading...
Loading...
Gündəm

Müdafiə Nazirliyi növbəti erməni yalanını ifşa etdi

Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes – Voskepar avtomobil yolunu atəşə tutması barədə erməni mətbuatının yaydığı məlumat növbəti uydurmadır.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan mətbuatının yaydığı xəbərlə bağlı Trend-in sorğusuna cavab olaraq bildirib:

“Bu erməni tərəfinin növbəti təxribat xarakterli yalanıdır”.

Qeyd edək ki, erməni mətbuatı bu gün Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın Baqanes-Voskepar avtomobil yolunu guya atəşə tutması barədə məlumat yayıb.

Gözdən qaçırmayın:  Azərbaycanın Xarkovdakı konsulluğunun yaxınlığına raket düşüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button