Siyasət

Müdafiə Nazirliyinin rəhbərliyi Türkiyəyə gedib

Bakı/14.09.21 Sentyabrın 14-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov və onun müavini, Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov Türkiyənin müdafiə naziri Hulusi Akarın dəvətilə Türkiyəyə gediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində Həsənovun Türkiyə hərbi rəhbərliyilə görüşləri və Konyada “Turaz Şahini-2021” birgə uçuş-taktiki təlimləri çərçivəsində tədbirlərdə iştirakı planlaşdırılır.

Xatırladaq ki, iki gün öncə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Kərim Vəliyev də Türkiyəyə gedib.-02D-

 

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button