2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

"Müdafiə Xətti" insan hüquqları sahəsində vəziyyətin pisləşdiyini bildirir

Bakı/14.02.22 “Müdafiə Xətti” İnsan Haqları Təşkilatı fevralın 14-də keçirdiyi mətbuat konfransında 2022-ci ilin yanvar ayı üçün Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair təşkilatın hesabatını təqdim edib.

Təşkilatın icraçı direktoru Rüfət Səfərovun verdiyi məlumata görə, hesabat dövründə hakimiyyətin tənqidçilərinə təzyiq, həbs edilənlərə qarşı fiziki zorakılıq və işgəncə faktları davam edib.

“Çox təəssüf ki, Azərbaycanda mövcud hakimiyyətin dövründə insan hüquq və azadlıqlarının vəziyyəti getdikcə daha da qeyri-qənaətbəxş hal almaqdadır. Siyasi, iqtisadi, hətta mədəni yaradıcılıq azadlıqları da artıq hakimiyyət tərəfindən iqnor edilib”, deyə Səfərov bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Brifinqdə “Vətəndaş və İnkişaf Partiyası”nın sədri Əli Əliyevin məhkəmə prosesindəki çıxışına da toxunulub. Təşkilatın icraçı direktoru Rüfət Səfərov bildirib ki, partiya sədri həbs olunduqdan sonra ölümlə hədələndiyini qeyd edib.

“Müdafiə Xətti” təşkilatının brifinqində eyni zamanda keçmiş səfir Eldar Həsənovun və siyasi fəal Fuad İsmayılovun həbsi, xarici ölkədən deport olunan fəallar və “Tərtər işi” üzrə də müzakirələr aparılıb. -06B-

 

24 saat” “"Müdafiə Xətti" insan hüquqları sahəsində vəziyyətin pisləşdiyini bildirir” başlıqlı yazını “Turan”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button