2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Müdafiə naziri NATO-nun xüsusi nümayəndəsilə görüşüb

Bakı/18.10.21 Bazar ertəsi müdafiə naziri Zakir Həsənov NATO baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Havyer Kolominanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Həsənov NATO nümayəndələrinə erməni işğalından azad edilmiş ərazilərdə görülən işlər barədə məlumat verib.

O, NATO ilə əməkdaşlığın hazırkı səviyyəsindən, əldə olunmuş müsbət nəticələrdən məmnun qaldığını bildirib, qarşılıqlı fəaliyyətin gələcək inkişafının vacibliyini vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Kolomina regionda sülhün təmin edilməsində NATO-nun müvafiq dəstək verməyə hazır olduğunu bildirib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.—06D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button