2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müdafiə Nazirliyi: “Erməni hərbi qulluqçu daxili münaqişə zəminində güllələnib”

Ermənistan Müdafiə Nazirliyi avqustun 16-da məlumat yayaraq bildirib ki, Azərbaycan Silahlı Qüvvələri bu gün səhər saatlarında Naxçıvan istiqamətindən onların ərazilərini atəşə tutub.

Sədərək-Arazdəyən istiqamətində Azərbaycan ordusunun snayperi tərəfindən açılan atəş nəticəsində 46 yaşlı erməni zabiti Vahan Tatoyan həlak olub.

Ermənistan Müdafiə Nazirliyi əlavə edir ki, cavab atəşi nəticəsində Azərbaycan tərəfin də azı bir hərbçisi həlak olub.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Müdafiə Nazirliyi isə Ermənistan Müdafiə Nazirliyinin məlumatını təkzib edib.

Nazirlik bildirib ki, Ermənistan tərəfinin dövlət sərhədi istiqamətində Qaragöl ətrafında Azərbaycan ordusunun bölmələrinin guya təxribat törətməsi və bir Azərbaycan hərbçisinin həlak olması barədə yaydığı məlumat yalandır.

Nazirlik əlavə edib ki, qarşı tərəf bu kimi yalan məlumatlarla törədəbiləcəyi diversiyalarına zəmin yaratmağa cəhd göstərir: “Naxçıvan Muxtar Respublikası istiqamətində guya Azərbaycan Ordusunun bölmələrinin atəş açması nəticəsində erməni hərbi qulluqçusunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat dezinformasiyasıdır. Qeyd etdiyimiz kimi bu gün saat 09:30-dan etibarən məhz Ermənistan silahlı qüvvələri tərəfindən Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub”.

Nazirlik bildirib ki, erməni zabit Ermənistan ordusundakı münaqişə zəminində güllələnib: “Bildiririk ki, qarşı tərəfin yalan məlumatlar yaymaqda məqsədi daxildə yaranan münaqişə zəminində erməni hərbi qulluqçusunun güllələnməsi faktını ört-basdır etməkdir”.

2020-ci il 9 noyabr atəşkəs razılaşmasından sonra Azərbaycan və Ermənistan tərəfləri daim bir-birlərini atəşkəsi pozmaqda ittiham edirlər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button