2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müdafiə Nazirliyi: “Ermənistan tərəfi yeni təxribatlar hazırlayır”

Bir neçə saat əvvəl işğalçı erməni silahlı qüvvələrinin rəhbərliyi Azərbaycan tərəfinin atəş açması barədə məlumat yayıb. Atəşin 60, 82, 120 mm-lik minaatanlar vasitəsilə həyata keçirildiyi iddia olunub.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı virtualaz.org-un sorğusuna cavab olaraq, Ermənistan tərəfinin bu bəyanatını şərh edib.

Polkovnik V.Dərgahlı bildirib ki, Ermənistan tərəfinin yaydığı informasiya həqiqətəuyğun deyil və təxribat xaratkeri daşıyır.

Saytların yığılması Saytlarin yigilmasi

“Hazırda Ermənistanla Azərbaycan qoşunlarının təmas xəttində sakitlik hökm sürür, tərəflər atəşkəs rejiminə riayət edir. Qarşı tərəf və bizim qüvvələr bir-birilərinin mövqeyinə atəş açmır”, – deyə Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri qeyd edib.

Polkovnik V. Dərgahlı hesab edir ki, erməni tərəfi Azərbaycan Silahlı Qüvvələrinin atəş açması ilə bağlı yalan məlumatlar yaymaqla, yeni təxribatlar hazırlayır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button