2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müdafiə Nazirliyində xarici dövlətlərin hərbi attaşeləri ilə toplantı keçirilib – FOTO

Dekabrın 7-də xarici dövlətlərin silahlı qüvvələrinin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, toplantıda 30 ölkədən 32 nümayəndə iştirak edib.
Müdafiə naziri adından toplantı iştirakçılarını salamlayan Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov onlara regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də Silahlı Qüvvələrimizdə aparılan islahatlar, inkişaf perspektivləri, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə ətraflı məlumat verib. İdarə rəisi hərbi attaşelərinin çoxsaylı suallarını cavablandırıb.
Bakı Hərbi Attaşelər Assosiasiyasının duayeni, Rumıniya Respublikası Silahlı Qüvvələrinin hərbi attaşesi polkovnik Rodin Lazariou həmkarları adından bu cür tədbirlərin keçirilməsinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button