2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Müdafiə Nazirliyini tənqid edən polkovnik həbs olundu

Yayımlandı: 6 Oktyabr 2022 14:43

O, xərçəng xəstəliyindən əziyyət çəkir

Son aylarda sosial şəbələlərdə Müdafiə Nazirliyini tənqid edən ehtiyatda olan polkovnik Elnur Məmmədov məhkəmə zalında həbs olunub. Bu, oktyabrın 6-da Bakı Hərbi Məhkəməsində baş verib.

Saytların yığılması Saytlarin yigilmasi

Elnur Məmmədovu Müdafiə Nazirliyinin Hüquq departamentinin rəisi Elçin Əliyev məhkəməyə vermişdi. O, xüsusi ittiham qaydasında iddia qaldıraraq, Elnur Məmmədovun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını tələb edirdi.

Elnur Məmmədov çıxışlarında Müdafiə Nazirliyi sistemində yeyintilər, qohumbazlıq və s. məsələlərdən bəhs edirdi. O, müdafiə naziri Zakir Həsənovu da ittiham edirdi.

Müdafiə Nazirliyi isə onun iddialarını təkzib etmiş, bu barədə rəsmi açıqlama yaymışdı:

Elnur Məmmədov. Mənbə: Teleqram

“Uzun sürən onkoloji xəstəliyinə görə ehtiyata buraxılan və qəbul edilən qərarla razılaşmayaraq “Youtube” media paylaşım şəbəkəsində ölkə başçısına müraciət edən polkovnik Elnur Məmmədov özünün şəxsi maraqlarını və ambisiyalarını düşünərək artıq bununla bir neçə dəfədir ki, belə addımlara əl atır. Görünən odur ki, bu hal ehiyata buraxılan hərbi qulluqçuda vərdiş halına çevrilib”.

Bu açıqlamadan az sonra nazirliyin hüquq departamentinin rəisi məhkəmədə iddia qaldırmışdı.
Elnur Məmmədov özünü təqsirli bilməyib, tənqidi çıxışlarına görə cəzalandırıldığını deyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button