2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Müdafiə tərəfi Hafiz Məmmədovun azad edilməsini istəyir

Bakı/28.01.22 İş adamı Hafiz Məmmədovun barəsində qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsi barədə vəsatət qaldırılıb. Bunu Turan-a onun vəkili Orxan Cəfərbəyli bildirib.

Vəsatətə bu gün Bakının Yasamal Rayon Məhkəməsində baxılması gözlənilir.

Ötən gün Yasamal Rayon Məhkəməsi Məmmədovu  2,5 ay müddətinə həbs edib. Ona qarşı cinayət işi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində başlanılıb. Məmmədov vergi ödəməkdən yayınmaqda ittiham olunur.

Saytların yığılması Saytlarin yigilmasi

O 652 min manat borcun olduğunu etiraf edib, lakin şirkətlərin müflis olması səbəbindən ödəyə bilməyib.

Bununla yanaşı, Məmmədovun vəkillərindən biri bildirib ki, Məmmədova vergilər və sosial ödənişlər üzrə 1,5 milyon manat borc hesablanıb.

Əslən Naxçıvandan olan Hafiz Məmmədov 1990-cı illərdən bizneslə məşğul olub. O, hazırkı hakimiyyətə yaxınlığı ilə tanınır.

2003-cü ildən “Baghlan Group FZCO” holdinqin prezidentidir.

2004-cü ildə “Bakı” Futbol Klubunun prezidenti, 2005-ci ildə Milli Futbol Assosiasiyası İcraiyyə Komitəsinin üzvü olub.

2013-2015-ci illərdə İspaniyanın “Atletiko” Futbol Klubunun sponsorlarından biri olub. Klubun oyunçuları matçlara üzərində “Land of fire Azerbaijan” (Odlar Yurdu Azərbaycan) yazısı olan köynəklərlə çıxıblar.

2013-cü ildə Fransanın ikinci liqasında çıxış edən “Lans” klubunu alıb. Lakin sonradan komandanı saxlamaq iqtidarında olmayıb.-0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button