2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Müdafiə Xətti”: Bəxtiyar Hacıyev zorla qidalandırılsa, intihar edəcəyini deyir

Yayımlandı: 10 Fevral 2023 21:32

İctimai fəal Kürdəxanıdakı təcridxanadan ya şaquli, ya da üfiqi vəziyyətdə çıxacağını söyləyib

Fevralın 9-da Bəxtiyar Hacıyevin vəziyyəti kritikləşsə də, o,  xəstəxanaya aparılmasını rədd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Müdafiə Xətti” İnsan Hüquqları Təşkilatı məlumat yayıb.

Qurumun həmtəsisçisi Rüfət Səfərov bildirib ki, Bəxtiyar Hacıyev sonadək aclığı davam etdirəcəyində israrlı olduğunu bildirib:

“Ona görə də qərar verilib ki, Bəxtiyar Hacıyevi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə zorən köçürsünlər, məcburi surətdə, yəni, əllərini və ayaqlarını bağlayıb, zond  vasitəsilə qidalandırsınlar. Belə olacağı təqdirdə Bəxtiyar Hacıyev intihara əl atacaq və onun qanı qalacaq bu hökumətin üzərində. Belə bir faciəvi anonsu daha əvvəl Bəxtiyar Hacıyev “Müdafiə Xətti”nə çatdırıb”.

“Bəxtiyar Hacıyev Kürdəxanıdakı təcridxanadan ya şaquli, ya da üfiqi vəziyyətdə çıxacağını söyləyib. Hökumət Bəxtiyar Hacıyevin həyat və sağlamlığının son dərəcə ağır mərhələyə qədəm qoyduğunun fərqindədir. Onun hər an komaya düşəcəyindən narahatdırlar”,-deyə Səfərov əlavə edib.

Dekabrın 9-dan həbsdə olan Bəxtiyar Hacıyev Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham olunur. Bu maddələrdə 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Bəxtiyar Hacıyevə qarşı cinayət işində söhbət ictimai fəalla jurnalist Ülviyyə Alovlu arasında qalmaqaldan gedir. Bəxtiyar Hacıyev uzun müddətdir ki, polisə şikayət edərək, Ülviyyə Alovlunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edirdi.

Bir müddət öncə sosial şəbəkələrdə Yasamal Rayon Məhkəməsində Bəxtiyar Hacıyevlə Ülviyyə Alovlu arasında məhkəmə prosesi zamanı baş verənlərin videogörüntüsü yayılmışdı. Həmin görüntülərdə Bəxtiyar Hacıyev əlindəki sənədləri masanın üstünə atır. İddia olunur ki, ictimai fəal məhz buna görə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham edilir.

Lakin Bəxtiyar Hacıyev Daxili İşlər naziri Vilayət Eyvazovun sifarişilə həbs olunduğunu iddia edir. O, zaman-zaman sosial media hesablarında Vilayət Eyvazov və nazirliyin fəaliyyətini tənqid edirdi. O, 2022-ci ilin aprelində naməlum şəxslər tərəfindən paytaxtın mərkəzində oğurlanaraq, zorakılığa məruz qaldığını deyirdi.

Faktla bağlı cinayət işi başlansa da, bu günə qədər cinayəti törədən şəxslər tapılmayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button