2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

”Müdir ”ya pul ver, ya da işdən çıx” – dedi”

İlham Əzizli: ”İşdən uzaqlaşdırılmaqdan qorxduğu üçün böhtan atır”

“Müdir işdə saxlamaq üçün rüşvət istədi. Vermədim deyə iş saatımı azaldıb, əmək haqqımı endirdi”.

Kürdəmirin Xırdapay kəndinin sakini, 60 yaşlı Hüseyn Əliyev belə deyir. O, 1984-cü ildən “Azəravtoyol” Dövlət Şirkətinin Kürdəmir 21 saylı Yol İstismar İdarəsində çalışdığını söyləyir:

Saytların yığılması Saytlarin yigilmasi

“2016-cı ilin dekabrına qədər işlədiyim müddətdə idarənin rəhbərləri və müvafiq orqanlarla aramızda heç bir narazılıq, anlaşılmazlıq olmamışdı. Ta ki, 2016-cı ilin dekabrında İlham Əzizli bizim idarəyə gələnədək. Hətta o, ilk tanışlıq günü “mən filəm, elə edin ki, ayağımın altında qalmayın”, – dedi. Bu, çox şeydən xəbər verirdi. Mən artıq nələr olacağını anlamışdım. Elə həmin vaxtdan da “qara günlər”im başladı”.

Hüseyn Əliyev haqqını tələb etdiyi üçün müdirin onu sıxışdırdığını deyir:

“Təhqir edirdi, həyatımdan bezdirirdi. Elə olub ki, gündə iki dəfə idarənin otaqlarından birinə girib əsəbimdən ağlamışam. Mənim 60 yaşım var. Bu yaşdan sonra kiminsə məni təhqir etməsi nə dərəcədə doğrudur? Məni çarəsiz buraxıblar. Həmişə fikirləşmişəm ki, insandır də, yola gələr, düzələr. Ancaq əksinə olub. Durum getdikcə qlobal hal almağa başlayıb. 2017-ci il iyunun 23-də İlham Əzizlinin mobil telefonuna məndən nə istədiyini yazdım. Mənə qarşı bu davranışlarının səbəbini soruşdum. O, mənə “sabah görüşüb, danışarıq”, – yazdı. Bir gün sonra günorta 2-də mənə zəng edib restorana çağırdı. Getdim ki, təkcə oturub. Salam verdim, almadı. Oturduq. Yenə mənə qarşı münasibətinin səbəbini soruşdum. Mənə “sənin yerinə 5 min manat verib işə qəbul olmaq istəyən var. Ya sən o pulu ver, işdə qal, ya da ərizəni yaz, get” – dedi. O qədər pulum olsaydı əynimə paltar, ailəmə çörək alardım. Evdə xəstə anam var. Onun dərmanlarını zorla alıram. O pulu hardan tapım? Mənə “yenə fikirləş”, – dedi”.

Hüseyn Əliyev deyir ki, müdirə imkanının olmadığını deyəndən sonra, o, təhqirə keçib:

““Canıma qurban olarsan orda işləyə bilsən. Əmək kitabçanı ləkələyib səni elə bir formada işdən qovacağam ki, heç yerdə işə düzələ bilməyəcəksən. Ya pul verməlisən, ya da işdən çıxmalısan”, – dedi”.

Hüseyn Əliyev deyir ki, bundan sonra çalışdığı idarənin “qaynar xətt”inə zəng edib. Müdirin ondan rüşvət istədiyini bildirib:

“Mənə şikayətimin qeydə alındığı deyildi. Sonra bayrama kimi ərizəni yazıb onlara göndərməm istəndi. Bayramın sabahısı günü gedib şikayətimi “Azəravtoyol” Dövlət Şirkətinə göndərdim. Eyni şikayət ərizəsini Respublika Prokurorluğuna, prezidentə də göndərdim. “Azəravtoyol”dan zəng etdilər ki, gəl ərizəni imzanla təsdiqlə. Dedilər, 30 ilin işçisisən, nəinki işdən çıxarılmaq, təltif edilməlisən. İzahatımı verib gəldim”.

Şikayətçi bildirir ki, ondan bir xeyli vaxt sonra “Azəravtoyol”dan onların idarəsinə yoxlama gəlib:

“Bu zaman mən məzuniyyətdə olmuşam. Gələn yoxlama İlham Əzizlinin otağında bütün günü iclas edib. Nə yazıb, nə pozduqlarını bilmirəm. Bundan sonra mənə məktub gəldi ki, şikayətin əsassızdır. Şikayətlərim əsassız ola bilməz, çünki hamısı fakta söykənib. Yazdığım məktubların sayı-hesabı yoxdur. Baxmırlar, maraqlanmırlar”.

Hüseyn Əliyev deyir ki, ailədə 8 nəfərdilər. Onlardan biri xəstə anasıdır. Onun da bütün xərcini çəkir:

“Mən işdən çıxsam, onların halı necə olacaq? Əmək haqqımı kəsiblər. Nə az, nə çox, düz 130 manat. İdarənin baş mühasibinə zəng etmişəm. Deyir: “Müdir tapşırıb, şikayət vermisən deyə azaldıblar”. Belə də şey olar? Həmin pulla anamın aylıq dərmanını alardım, uşaqlarımın qarnını doyurardım. Özbaşına bu qədər stajı olan insanın əmək haqqını necə azalda bilərlər? Mənə indiyə qədər qanunsuz maaş verirmişlər? Mühasib deyir: “Mənlik deyil, get kimə deyirsən de”. Nə edim, bilmirəm. Dərdimi kimə deyim?”

Hüseyn Əliyev prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokurora və çalışdığı “Azəravtoyol”a müraciət edir:

“Mənə kömək edin. Bu özbaşınalığa biganə qalmayın. Günahkarları cəzalandırın. Ölkə İlham Əzizlinin deyil ki, istədiyi kimi at oynatsın. O, nə istəyir edə bilməz. Sadə xalqı hökumətə düşmən edirlər. Bunun qarşısını alın”.

Meydan TV Hüseyn Əliyevin şikayəti ilə bağlı Azəravtoyol” Dövlət Şirkətinin Kürdəmir 21 saylı Yol İstismar İdarəsinin müdiri İlham Əzizli ilə əlaqə saxlayıb. O, Hüseyn Əliyevin əmək haqqının azaldığını təsdiqləyib:

“Ancaq buna səbəb onun dediyi kimi deyil. İşdəki avadanlığa səhv yanacaq doldurmuşdu, töhmət verildi. Nəticədə əmək haqqı azaldıldı. Bunun bizimlə heç bir əlaqəsi yoxdur. Baş Prokurorluğa, Hesablama Palatasına, prezidentə, hər yerə yazıb. Dedikləri doğru olsaydı, idarəyə yoxlama gəlmişdi, məni tutub basardılar içəri. Yalan danışır. O adam etdiyi səhvdən sonra işdən çıxarılmaqdan qorxduğu üçün böhtan atır. Əslində elə işdən çıxarılmalı idi. İllərin işçisi olduğu üçün saxladıq. Əslində ona, ümumiyyətlə, əmək haqqı düşmür. İş saatları azaldıldığı və töhmət aldığı üçün maaşı azalıb. Başqa səbəb yoxdur”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button