2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Müflis olan hansı “Yeni Həyat”dır?

Bir neçə gündür bir sıra xəbər saytlarında “Yeni Həyat” MMC-nin müflis elan edildiyi barədə xəbərlər yayılır. Məlumata görə,  2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin qətnaməsi ilə MMC (VÖEN:1500011251) müflis elan edilib. Əliyev Elşən Qəni oğlu “Yeni Həyat”ın əmlak inzibatçısı təyin edilib. “Yeni Həyat “ MMC-nin (iflas prosesində olan ) kreditorlarının ilkin yığıncağı 12 sentyabr 2017-ci il saat 9.00-da Bakı şəhəri, Ə.Dəmirçizadə küçəsi 16 nömrəli ünvanda keçiriləcək.

Xəbərlərdə müflis elan edilən şirkətin adına baxılaraq, “Yeni Həyat” şirkətlər qrupunun tikdiyi binaların görüntülərindən və şirkətin loqosundan istifadə etmələridir. Hətta bir sıra sayt məşhur şirkətin müflis elan edildiyini yazıb və “Yeni Həyat” şirkətlər qrupunun loqosundan istifadə edib.

Saytların yığılması Saytlarin yigilmasi

“YENİ HAYAT Şirkətlər Qrupu” MMC-dən “Marja”ya bildirildi ki, müflis elan edilən  “Yeni Həyat” MMC-nin onlar ilə heç bir əlaqəsi yoxdur:

“Adı çəkilən şirkətin bizim şirkətlə heç bir əlaqəsi yoxdur”.

“Yeni Həyat  Şirkətlər Qrupu” MMC –nin VÖEN-i 2001677001-dir.

“Marja” Vergilər Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanda 20-yə yaxın “Yeni Həyat” adında şirkət var. Onlardan 4-ü “Yeni Həyat” MMC adındadır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button