2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Müğənniyə 400 min dolları Əhmədzadənin qohumları verib FOTO

Ötən gün Bakıda baş tutan səs-küylü toy mərasimi haqda xəbərlər səngimək bilmir.

Bir çox əcnəbi ulduzun qonaq olduğu toyun səbəbkarlarının kimliyi məlum olub.

Məlumata görə, gəlin “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsidir. Gəlinin valideynləri həkimdir və onlar Bakıda yaşayırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, Ə.Əhmədzadənin bir qardaşı Mübariz Əhmədzadə Zaqatala rayonunun icra başçısıdır.

Toy mərasimində türkiyəli müğənnilər Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutinlə yanaşı Mustafa Ceceli də olub.

Qeyd edək ki,”Qafqazinfo” saytı bəyin atası Fərhad Həsənovun Ədliyyə Nazirliyi Penitensiar Xidmətində şöbə müdiri, anası Esmira Babayevanın isə “Moskva” univermağının sahibi olduğunu yazıb.


Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button