2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Müğənni Damla: 10 ildir atasız uşaq böyüdürəm

Müğənni Damla sosial şəbəkədə onu tənqid və təhqir edənlərə münasibət bildirib.

Oxu.Az xəbər verir ki, ifaçı artıq “Instagram” səhifəsində şərh bölməsini bağlayıb.

“Niyə məni mühakimə etməkdə çox rahatsınız? Niyə bəxtəvərsən deyib, ağzınıza gələni yazırsınız? İllərdir atam ürək çatızmazlığından əziyyət çəkir. Hər gün onu itimək qorxusu ilə yaşayıram.

Saytların yığılması Saytlarin yigilmasi

Artıq 10 ildir ki, atasız uşaq böyüdürəm. Tək başıma arxasız, köməksiz qadınlığımla hər işin dalınca özüm qaçıram. Anam illərdir gözüyaşlıdır. Budur bəxtəvərlik? “Bəxtəvər, ev almısan” yazırsınız. Sizin cibinizdənmi oğurladım? Ərinizin çörəyinimi yeyirəm?

Saatlarla dikdaban ayaqqabıda məclis idarə etmək, insanların kaprizlərinə dözmək, gecə saatlarında bloka qorxa-qorxa girmək bəxtəvərlikdir? Allah xatirinə susun! Vicdanınız varsa, susun!

Mənim yuvamı yıxıblar. Övladım atasızdır. O çarəsizliyi heç bir qadına yaşatmaram”, – deyə o qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button