2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Müğənnilərin ifalarındakı dil qüsurları araşdırılacaq

Yayımlandı: 1 İyul 2022 18:28

Xalq artisti: Efirlərdə biabırçılıqdır, insanları televiziyadan küsdürüblər”

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi mahnı ifaçılarının nitqində qüsurların müəyyənləşdirilməsi məqsədilə monitorinqlərə başlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Mərkəzdən bildirilib ki, hazırda mahnıların böyük əksəriyyəti peşəkar bəstəkarlar tərəfindən deyil, həvəskar bəstəçi və aranjimançılar tərəfindən hazırlanır.

Mahnı mətnləri də çox vaxt elə bəstəçi tərəfindən musiqinin ritminə uyğun olaraq, ədəbi janrın tələblərinə məhəl qoyulmadan yazılır.

Bu kimi hallar ciddi norma pozuntusu kimi dəyərləndirilib.

Xalq artisti, bəstəkar Faiq Sücəddinov Meydan TV-yə deyib ki, bayağı, qeyri-peşəkar mahnıların yayılmasının qarşısını almaq üçün ilk növbədə telekanallardan başlamaq lazımdır:

“Bu gün meyarlar dəyişib. Efirlərdə biabırçılıqdır. Telekanallar ancaq fikirləşirlər ki, efirlərində qalmaqal olsun. Nə qədər çox qışqırsalar, o qədər də çox reytinq qazanarlar. İnsanları televiziyadan küsdürüblər”.

“Audiovizual Şura bu biabırçılığın qarşısını almalıdır. Telekanallarda musiqişünaslar olmasa, Azərbaycan musiqisinin qayğısına qalmasa, heç nə düzəlməyəcək. Efirə çıxan müğənnilərin çoxunu tanımıram. Özləri öz mədəniyyətlərinə görə mahnı oxuyurlar”, – deyə o bildirib.

Bəstəkar deyib ki, telekanal rəhbərləri bayağı mahnı oxuyan müğənniləri efirlərə dəvət etməməlidir: “Afət Fərmanqızı İmadəddin Nəsiminin “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” qəzəlinə “Pəncu-şeş” adlı mahnı yazıb-oxudu. Əbülfəs Qarayev mədəniyyət naziri kimi məsələyə iradını bildirdi. Həmin iradı Afət Fərmanqızı qulaqardı etdi. Dolayısı ilə dedi ki, get, işinlə məşğul ol. Bu məsələdə telekanal rəhbərləri rol oynadı. Həmin ifanı təbliğ etdilər, yaydılar. Belə müğənniləri onlar efirlərinə çıxarmasalar, belə bayağı mahnılar da ortaya çıxmaz”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button