2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mühacir jurnalist və bloger axtarışa verilib

Bakı Şəhər Baş Polis İdarəsi Avropada yaşayan azərbaycanlı siyasi mühacirlər – bloger Tural Sadıqlı və jurnalist Fikrət Hüseynli barəsində axtarış elan edib.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi məlumat yayıb.

Bildirilib ki, Tural Sadıqlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), Fikrət Hüseynov barəsində isə 178.3.1-ci (Dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bloger Tural Sadıqlı Almaniyada yaşayır və “Azad Söz” Facebook səhifəsinin sahibidir.

Jurnalist Fikrət Hüseynov isə Niderlandda yaşayır.

O həmçinin “Time TV” media səhifəsinin baş redaktorudur.

Jurnalist Fikrət Hüseynli öz Feysbuk hesabında məsələyə münasibət bildirib.

Azərbaycan hakimiyyətinin boyat xəbərləri yenidən gündəmə gətirməklə nə etmək istədiyi mənə aydın deyil. İstər mən, istərsə də (bloger) Tural Sadiqli haqqında çoxdan cinayət işi var. Mən 2017-ci ildə siyasi sifarişlə açılmış bu işə görə, Ukraynada saxlanılmışam, 6 ay pasportuma əl qoyulub, sonda məhkəmə qərarı ilə pasportumu alıb Ukraynanı qanuni yolla tərk etmişəm. Üzərindən 5 il keçdikdən sonra köhnə cinayət işini yenilik kimi təqdim edib Azərbaycan hakimiyyətinin Bakı şəhər Baş Polis İdarəsi vasitəsilə məni axtarışa verməsi gülüncdür. Mən heç harada gizlənmirəm, Niderlandda gələndən aldığım nömrəni istifadə edirəm. Sosial şəbəkə profilim hər kəsə açıqdır. Ən azı indiki dövrdə məni miqrasiya təşkilində günahlandırmaq da gülüncdür. Çünki 2 ildir pandemiyaya görə sərhədlər bağlıdır, Belarus-Polşa sərhəddində də yığılan miqrantları da mən ora toplamamışam. Bu işin başlıca səbəbi məni əbədi susdurmaq cəhdlərinin davamıdır”,- deyə o bildirib.

Bloger Tural Sadıqlı və jurnalist Fikrət Hüseynli axtarışa verilib

Onun sözlərinə görə, hakimiyyət bu addımları atmaqla onu susdurmağa çalışır: “Azərbaycan hakimiyyəti istəyir ki, azərbaycanlı ictimai-siyasi fəallar ya əbədi sussunlar, ya da onların əlaltısı olsunlar. Lap tələbəliyimdən bu savaş gedir, davam edir və davam edəcək. Mən azad doğulmuşam, azad yaşamışam və bu cür də həyata vida edəcəm. Time TV-ni yaratdıqdan sonra mənə çox təkliflər oldu. Hakimiyyət davamlı olaraq ələ almaq istədi. Konkret deyildi ya bizimlə razılaşıb yanımızda olmalısan, ya da biz sənə problem yaradacağıq. Və budur köhnə işi yeni kimi təqdim edib hay-küy yaradırlar”.

Jurnalist Fikrət Hüseynli daha sonra yazıb ki, etsinlər. “Artıq Niderland Krallığının aidiyyatı qurumlarının məsələdən xəbəri var. Mən nə siyasətçiyəm, nə Azərbaycanda partiya üzvüyəm, nə də Avropada Azərbaycana bağlı siyasi təşkilat üzvüyəm. Söyüş söymürəm, təhqir etmirəm. Bütün əməllərim qanun çərçivəsindədir. Dedilər “timetv.live saytındakı yazıları “sil, al pulunu” etmədim. Dedilər “tabe ol bizə Şuşada kabab ye” razılaşmadım. Müstəqil, azad yaşamaq istədim və yaşayıram. Heç bir çirkli işdə əlim yoxdur, biznesmen deyiləm. Jurnalistəm, azad söz tərəfdarıyam, cinayətkar hakimiyyət sturukturlarına, klana, quldurlara qarşıyam. Sona qədər də belə olacağam. Sonu ölüm və ya həbs də olsa. Bunu belə bilin və yazın dəftərinizə. Sizin sonunuzu görmək bizə qismət olacaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button