2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Müharibə davam edəcək… – 24 saat

Bu gün Antaliyada Türkiyə Xarici işlər naziri Mövlud Çavuşğulunun təşəbbüsü ilə Rusiya ilə Ukrayna XİN rəhbərləri arasında keçirilən danışıqlar nəticəsiz başa çatdı. Bu, müharibənin davam etdiyi 15-ci gündə tərəflər arasında heç bir razılaşmanın əldə olunmadığı sayca dördüncü görüş idi. Amma bu, Xarici İşlər nazirləri səviyyəsində ilk görüş olduğundan, ümidlər də çox idi. 

Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba Antaliyaya yollanmazdan əvvəl bildirmişdi ki, Sergey Lavrovla təmaslardan ciddi nəticələr gözləmir. O, Moskvanın maksimalist mövqeyinə əsaslanaraq pessimist əhvalda olduğunu söyləmişdi. Rusiya rəhbərliyi bütün təmaslarda Ukrayna hakimiyyətindən kapitulyasiya tələb edir. Kremlin şərtləri isə çox ağır və qəbuledilməzdir: Kiyevdən Krımı Rusiyanın ərazisi, qonadrma “DNR” və “LNR”-i müstəqil dövlət kimi tanımaq, neytral dövlət olacağı barədə öhdəlik götürmək, 60 mindən artıq ordu saxlamamaq tələb olunur. 

Dünən Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bir qədər yumşaq açıqlama səsləndirmişdi: “Rusiya ordusunun vəzifələrinə nə Ukraynanın işğalı, nə onun dövlətçiliyinin məhv edilməsi, nə də mövcud hakimiyyətin devrilməsi daxildir. Kiyevlə paralel olaraq Ukrayna ordusunun mənasız qan tökülməsini və müqavimətini dayandırmaq üçün danışıqlar aparılır”. 

Saytların yığılması Saytlarin yigilmasi

Antaliya görüşünə qədər bu açıqlamanı bəlkə də Rusiyanın müəyyən qədər geri çəkilməsi kimi qəbul etmək olardı. Amma Lavrovun 200-dən artıq jurnalistin kamerasının obyektivinə baxıb “biz Ukraynaya təcavüz etməmişik” kimi heyrətamiz açıqlama verməsi rus diplomatik istebleşmentinin ciddiyyətdən xeyli uzaq olduğunu göstərdi.   

Antaliyadakı görüşün önəmli məqamlarına gəlincə Xarici İşlər nazirləri Mövlud Çavuşoğlu, Sergey Lavrov və Dmitri Kulebanın  qatıldığı müzakirələr 1,5 saat davam edib. Daha sonra onlar keçirdikləri mətbuat konfransında qısa açıqlama verib jurnalistlərin suallarını cavablandırıblar. 

Rusiyalı nazir bildirib ki, onlar real danışıqların heç bir formasından sui-istifadə edilməsini istəmirlər: “Bu gün başa düşülür ki, danışıqları əvəz edəcək heç nə yoxdur. Biz gündəlik olaraq təsdiq etdik ki, humanitar dəhlizlərin açılması ilə bağlı tövsiyəmiz hələ də qüvvədədir. Ukraynaya silah göndərənlər öz əməllərinə görə məsuliyyət daşıyırlar. Bu işə muzdlu döyüşçüləri həvəsləndirənlər də cavabdeh olacaqlar. Biz şəxsi mülkiyyətin və təhlükəsizlik maraqlarının heç bir şəkildə tapdalanmasını istəmirik. Burada Qərbin və Avropanın maraqlarının ayaqlar altında tapdalandığını görürük”. 

Lavrov daha sonra bildirib ki, Rusiya Ukraynanın neytral ölkə olmasını istəyir: “NATO-nun genişlənməsinə qarşı çıxmaqla biz heç bir şəkildə Ukraynanın təhlükəsizliyinə qarşı çıxmırıq. Əslində Rusiya silahlı qüvvələrinin törətdiyi vəhşiliklərlə bağlı çoxlu iddialara rast gəlirik. Guya ki, doğum evini vurmuşuq. Bu doğum evində bütün tibb bacısı və həkimlərinin işdən çıxarılması ilə bağlı məlumatlar 3 gün əvvəl BMT-yə təqdim edilib”.

Nazir daha sonra iddia edib ki, hücumlar zamanı bioloji silahlardan istifadə edildiyinə dair iddialar var: “Pentaqonun Ukrayna torpaqlarında onlarla hərbi bioloji laboratoriya yaratması ilə bağlı iddialar bizi narahat edir. Bu suallara cavab istəyirik. Hərbi bioloji laboratoriyalar bioloji silahların qadağan edilməsi haqqında konvensiyaya zidd olaraq yaradılıb. Qərbin Ukraynadan istədiyi yeganə şey bu ölkənin daim Rusiya əleyhinə işləməsi idi. Hər halda obyektiv xəbər, informasiya verən tərəf heç kimi maraqlandırmır. Həm prezidentimiz, həm də hökumətimiz bu məsələlər üzərində işləyir”. 

Lavrov iddia edib ki, ölkəsi bu böhrandan sağlam şəkildə çıxacaq: “Sanksiya məsələsini elə həll edəcəyik ki, heç vaxt qərblilərdən asılı olmayaq. Elə tədbirlər görəcəyik ki, bir daha analoji vəziyyətlə üzləşməyək”. 

O, əlavə edib ki, prezident V.Putin heç vaxt təmaslardan yayınmır: “Biz istəmirik ki, bu təmaslar sırf söhbət xətrinə olsun. Kuleba ilə bunu müzakirə etdik. Putin Zelenski ilə görüşdən imtina etməyəcək”.

Ukrayna Xarici işlər naziri Dmitri Kuleba isə çıxışında bildirib ki, bu görüş onun üçün həm asan, həm də çətin olub. “Çətin idi, çünki əlimdən gələni etdim. Məqsədim heç olmasa diplomatik həll yolu tapmaq idi. Mən bura Xarici İşlər naziri kimi qərar qəbul etmək, həll yolu tapmaq səlahiyyəti ilə gəlmişəm. Amma Lavrov sadəcə dinləmək üçün gəlmişdi” – o, qeyd edib.

Nazir daha sonra diqqəti Rusiyanın humanitar fəlakət yaşatdığı Mariupoldakı vəziyyətə yönəldib: “Ən faciəvi vəziyyət hazırda Mariupolda baş verir. Şəhər havadan bombardmana məruz qalır. Mən bura humanitar məqsədlə gəlmişəm. Mənim məqsədim humanitar dəhliz yaratmaq, mülki əhalinin Mariupoldan çıxmasını təmin etməkdir. Təəssüflər olsun ki, nazir Lavrov bu məsələdə qətiyyət nümayiş etdirmədi, yalnız müvafiq orqanlarla yazışacağını bildirdi”.

Kuleba bildirib ki, görüşdə 24 saatlıq atəşkəs məsələsini də müzakirə ediblər: “Bununla bağlı heç bir irəliləyiş əldə etməmişik. Görünür, əsas qərarvericilər işə qarışmalıdırlar. Biz səylərimizi davam etdirmək qərarına gəldik. Bu formatda yenidən görüşə bilərik”.

Mövlud Çavuşoğlu isə bildirib ki, hər iki tərəf xüsusi olaraq Türkiyənin də görüşdə olmasını istəyirdi: “Biz bu görüşdə Türkiyənin milli mövqeyini qoruyub saxlamaqla yardımçı rol oynadıq, hər iki tərəfin xahişi ilə təkcə ev sahibliyi etmədik, inandıqları ölkə kimi vasitəçi rol aldıq. Bu müharibədən hamı, xüsusən də region ölkələri əziyyət çəkdi və indi də çəkir. Biz vurğuladıq ki, humanitar dəhlizlər heç bir maneə olmadan açıq saxlanılmalıdır. Daimi atəşkəs əldə olunana qədər humanitar atəşkəs həyata keçirilməlidir”.

Nazir bildirib ki, tərəflər arasında prezidentlər Putin və Zelenski arasında görüşün keçirilməsi də müzakirə edilib: “Ukrayna tərəfi bildirib ki, Zelenski belə görüşə hazırdır, Lavrov isə Putinin prinsipcə buna qarşı olmadığını bildirib. Onu da xatırlatmaq istərdim ki, prezidentimiz son telefon danışığında Putinin prinsipcə buna qarşı olmadığını birbaşa bildirdi”.

Beləliklə, nazirlərin Antaliya görüşünə olan müəyyən ümidlər də özünü doğrultmadı. Rusiya heç bir halda atəşkəsə və hazırda mühasirədə saxladığı Mariupol şəhərində humanitar dəhliz açmasına razı olmayıb. Hazırda şəhərdə təxminən yarım milyona yaxın dinc sakin işğalçı ordunun aramsız top, raket atəşi, aviasiya bombardmanı altında qalıb. Ukrayna rəhbərliyi bildirir ki, şəhərdə bütün kommunikasiya xətləri dağılıb, mühasirədəki əhali aclıq, susuzluqdan, elementar tibbi yardımın olmamasından əziyyət çəkir. Ölənlərin sayı durmadan artır, bu gün Ukrayna mediası həlak olanların kütləvi məzarlıqlarda basdırıldığını göstərən foto-videolar yaymışdı. ABŞ dövlət katib Entoni Blinken Mariupoldakı humanitar faciəni İkinci Dünya Müharibəsində alman faşistlərinin Leninqradı mühasirədə saxlaması ilə müqayisə edib.

Bu günlərdə Qərbin Ukraynaya hərbi, maliyyə, humanitar yardımları davam edir. ABŞ Konqresinin nümayəndələr Palatası 13.6 milyard dollar təxirəsalınmaz yardım paketini təsdiqləyib. Böyük Britaniya isə Ukrayna ordusuna qırıcı təyyarələr əleyhinə “Starstreak” ZRK göndərir. Çiyindən atılan zenit raketlər 5 km hündürlükdə və 6 km-ə qədər məsafədə olan hava hədəflərini vurur.

Beləliklə, Ukraynada müharibə davam edəcək. Çünki Rusiya hərbi itkilərinin kəskin artmasına rəğmən hələ də fərqli ərar vermək niyyətində deyil. 

Turqut

24 saat” “Müharibə davam edəcək… – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button