2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Müharibə iştirakçılarına qarşı dələduzluqda ittiham olunan şəxs həbs olunub

Yayımlandı: 29 İyul 2022 22:39

DTX: “Elvin Əliyev yardımların özünə məxsus bank hesabına köçürülməsinə nail olub”

2020-ci ildə 44 günlük Qarabağ müharibəsinin iştirakçısı olmuş şəxslərə qarşı dələduzluqla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsində cinayət işi başlanıb. İyulun 25-dən başlanmış araşdırmalar nəticəsində 1987-ci il təvəllüdlü Elvin Əliyev həbs olunub. Bu barədə DTX-nın mətbuat xidməti məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

35 yaşlı Elvin Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələrilə ittiham irəli sürülüb. İstintaq getdiyi dövrdə həbsdə qalması üçün barəsində məhkəmə qərarıyla həbs qətimkan tədbiri seçilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Elvin Əliyev internetdən müharibə iştirakçıları haqqında məlumatlar toplayıb. Onların yaşadıqları ərazilər üzrə yerli icra hakimiyyəti orqanlarının səlahiyyətli şəxslərilə telefonla əlaqə saxlayıb, özünü Prezident Administrasiyasının şöbə müdiri kimi təqdim edib.

“Birdəfəlik maddi yardım verilməsi adı altında onların vasitəsilə Vətən müharibəsi iştirakçılarıyla mobil telefonla əlaqə yaradıb. Müharibə iştirakçılarına bildirib ki, onlar üçün dövlət tərəfindən birdəfəlik maddi yardım ayrılması nəzərdə tutulub. Həmin yardımın verilməsi üçün bank hesablarının açılması və digər cari xərclər adı altında hər birindən ayrı-ayrılıqda müxtəlif məbləğlərdə pulun özünə məxsus bank hesabına köçürülməsinə nail olub”, – Elvin Əliyevə qarşı ittihamda yazılıb.

Dələduzluqdan zərər çəkən müharibə iştirakçıları arasında Rüstəm Bəkərov, Vasif Sofiyev, Vüsal Əliyev, İsrail Quluzadə, Emin Əzimzadə, Məhəmməd Məmmədov və başqalarının adları çəkilir.

“Hazırda Elvin Əliyevin törətdiyi cinayət əməllərindən zərərçəkmiş şəxslərin tam dairəsinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir”, – DTX-nın məlumatında bildirilir.

Elvin Əliyevin ona qarşı ittihama münasibəti, özünü təqsirli bilib-bilmədiyi məlum deyil.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button