2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Müharibə reallığı: Rusiya Çinə ən çox neft satan ölkəyə çevirilib

Ukrayna müharibəsi Rusiyanı Çinə ən çox neft satan ölkəyə çevirib. Çinin neft aldığı ölkələr sırasında Rusiya hətta Səudiyyə Ərəbistanından da önə keçib.

Böyük Britaniyanın “The Guardian” qəzeti xəbər verir ki, may ayında Çinin Rusiyadan xam neft idxalının həcmi ötən illə müqayisədə 55% çoxalaraq rekord həddə çatıb.

Saytların yığılması Saytlarin yigilmasi

Çinin Rusiyadan neft idxalını bu qədər artırmasına Qərbin Ukrayna müharibəsinə görə Rusiyaya tətbiq etdiyi sanksiyalar səbəb olub.

Sanksiyalar ucbatından bazarı kasadlaşan Moskva Pekinə güzəştli qiymətlərlə neft satmağa başlayıb.

COVİD-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərə və iqtisadiyyatı zəiflədiyi üçün tələbatı azalmasına baxmayaraq Çin sərfəli qiymətləri görüb Rusiyadan neft idxalının həcmini artırmaq qərarına gəlib.

COVİD-19 pandemiyası ilə əlaqədar məhdudiyyətlərə və iqtisadiyyatı zəiflədiyi üçün tələbatı azalmasına baxmayaraq Çin sərfəli qiymətləri görüb Rusiyadan neft idxalının həcmini artırmaq qərarına gəlib.

Çin şirkətləri, o cümlədən dövlətə məxsus “Sinopec” və “Zhenhua Oil” zavodları Moskvanın güzəştli qiymətlər təkliflərindən sonra Rusiyadan neft alışını çoxaldıblar.

“The Guardian” yazır ki, Şərqi Sibir-Sakit okean boru kəməri və dəniz yolu ilə daşımalar da daxil olmaqla may ayında Çin Rusiyadan 8,42 milyon tona yaxın neft idxal edib.

Bununla Rusiya Çinin əvvəllər ən böyük xam neft mənbəyi hesab olunan Səudiyyə Ərəbistanını ikinci yerə sıxışdırıb. May ayında Səudiyyə Ərəbistanı Çinə 7,82 milyon neft idxal edib.

Avropa və ABŞ-dakı alıcılar isə Ukraynaya hücuma görə Rusiyanın enerji daşıyıcılarından imtina etmək barədə bir sıra qərarlar qəbul ediblər.

Bu qərarlar Rusiyanın enerji daşıyıcıları ixracının həcmini azaltsa da, may ayında – Ukraynaya təcavüzün ilk 100 günündə Rusiya yanacaq (neft və qaz) satışından 100 milyard dollar qazana bilib. Bunun 59 milyard dollarını Rusiya Avropa İttifaqı ölkələrinə ixracdan qazanıb.

ABŞ-ın sanksiyalarına baxmayaraq Çin İrandan da neft almaqda davam edir. May ayında İran Çinə 260 min ton xam neft ixrac edib.

“24 saat “Müharibə reallığı: Rusiya Çinə ən çox neft satan ölkəyə çevirilib” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button