Loading...
Loading...
SEÇMƏ

Müharibədə həlak olan hərbçinin ailəsi aldadıldığını deyir

Yayımlandı: 29 İyun 2022 18:50

“11 min manat aldılar ki, adına məktəb veriləcək”

Qusarın Cibir kənd sakini Rübabə Kəlbiyevanın dələduzluqla üzləşdiyi bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə verilən məlumata görə, Bakı şəhər sakini İlham Abdullayev zərərçəkəndən İkinci Qarabağ müharibəsində həlak olmuş oğlu Murad Kəlbiyevin adının Cibir kənd məktəbinə verməsi vədi ilə 11 min manat alıb.

İlham Abdullayevin Rübabə Kəlbiyeva və digər şəxslərə qarşı dələduzluq etməsi faktı ilə bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 32.4, 312.2, 178.2.2, 178.2.4-cü maddələri ilə cinayət işi başa çatıb.

İstintaq yekunlaşdırılaraq iyunun 23-də baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq dövründə Rübabə Kəlbiyevaya dəymiş 11 min manat ziyandan 7 min manatı ödənilib.

Qafqazinfo” yazır ki, İlham Abdullayev bir neçə Qusar sakinindən Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin nəzdindəki qurumlara işə düzəltmək adı ilə pul alıb.

Onun sakinlərə vurduğu ümumi ziyanın məbləğinin 36 min manat olduğu bildirilir.

Murad Kəlbiyev oktyabrın 6-da Füzuli istiqamətində gedən döyüşlər zamanı həlak olub.

2020-ci ildə ölümündən sonra “Vətən Uğrunda” medalı ilə təltif edilib.

Meydan TV

Gözdən qaçırmayın:  “Kinoda əvvəlki həyəcan yoxdur”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button