2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Müharibənin 100-cü günü: “Qərb Ukraynanın qalib çıxmasını istəyir”

“Ukraynanın Rusiyanı ərazisindən çıxarması mümkün görünmür”

İyunun 3-də Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin 100-cü günü tamam olur.

Saytların yığılması Saytlarin yigilmasi

Bu müddət hər iki tərəfdən minlərlə mülki və hərbi itkilərlə yadda qalıb.

Dünən Lüksemburq Parlamentində çıxış edən Ukrayna Prezidenti Volodimir Zelenski hazırda ölkəsinin təxminən 20 faizinin işğal altında olduğunu deyib.

Ukrayna Prezidenti 12 milyon ukraynalının məcburi köçkün vəziyyətinə düşdüyünü, 5 milyondan çoxunun, o cümlədən, əsasən qadın və uşaqların xaricə getdiyini bildirib.

Britaniya kəşfiyyatının bu gün yaydığı gündəlik xülasəsində ilkin planla müqayisədə 100 gün ərzində Rusiya ordusunun Ukraynada heç bir strateji məqsədə nail olmadığı vurğulanıb.

Departament qeyd edir ki, ruslar Kiyevi və Ukraynadakı güc mərkəzlərini ələ keçirmək kimi ilkin məqsədlərinə nail ola bilməyiblər.

Ukraynalıların davamlı müqaviməti və rusların ilk 24 saat ərzində Qostomel aerodromunun təhlükəsizliyini təmin edə bilməməsi sayəsində Rusiyanın hücum əməliyyatı dəf edildi.

Hesab edilir ki, yanlış planlaşdırma fərziyyələri və zəif taktiki icra nəticəsində ilkin qərarların uğursuzluğundan sonra Rusiya öz əməliyyat planını uyğunlaşdırdı və bütün diqqəti Donbasa yönəltdi:

“Rusiya hazırda Donbasda taktiki uğur qazanır, rus qoşunları təcil qurub və saxlayıb və indi Ukrayna müqaviməti üzərində təşəbbüskar kimi görünür. Putinin qoşunları Luqansk vilayətinin 90%-dən çoxuna nəzarət edir və çox güman ki, tam nəzarəti bərqərar edəcək”.

“Rusiyanın bu yaxınlarda əldə etdiyi taktiki uğurları əhəmiyyətli resurslar itkisi nəticəsində mümkün olub. Rusiyanın hər hansı bir uğur əldə etməsi üçün ona daimi böyük investisiyalar və avadanlıqlar lazımdır. Bu, yəqin ki, xeyli vaxt aparacaq”, – deyə məlumatda qeyd olunub.

Azərbaycanlı hərbi ekspert Ədalət Verdiyev də düşünür ki, Rusiya 100 gün əvvəl başladığı savaşda nəzərdə tutduğu planlarını istədiyi müddətdə həyata keçirə bilməyib:

“Rusiyanın Kiyev və Çerniqov vilayətlərindən geri çəkilməsi onların bu istiqamətdə əməliyyatları davam etdirmək iqtidarında olmadığını göstərdi”.

Ədalət Verdiyevin fikrincə, Rusiya son br ayda Donbas və Sumi vilayətlərlərində irəliləyişlər əldə edib.

Ekspert hesab edir ki, mənəvi-psixoloji üstünlük Ukrayna tərəfində olsa da, hərbi-taktiki üstünlük Rusiya tərəfindədir:

“Qərbin Ukraynaya hücum silahlarının verilməsində müəyyən ləngimələr müşahidə olunur. Bunlar mövcud olduğu müddətdə Ukraynanın potensial olaraq Rusiyanı geri otuzdurmağı və ərazisindən çıxarması mümkün görünmür”.

Ədalət Verdiyevin qənaətincə, əgər ABŞ-nin 40 milyardlıq yardımı və Lend-Liz proqramı sürətli şəkildə həyata keçrilirsə, həm də verilən silahlarının heyətləri hazırlıqlarını başa çatdırarlarsa, iyulda bəzi dəyişiklikləri müşahidə etmək olacaq.

Deputat Vahid Əhmədov isə hesab edir ki, 100 gün əvvəl Rusiyanın başladığı işğalçılıq müharibəsi əksər dünya paytaxtlarının Moskvayla iqtisadi münasibətləri dayandırmaları ilə nəticələnib:

“Ötən 100 günün savaşı kütləvi itkilərlə yadda qalıb. Çoxlu sayda mülki insanlar və hərbçilər ölüb.

“Ötən 100 günün savaşı kütləvi itkilərlə yadda qalıb. Çoxlu sayda mülki insanlar və hərbçilər ölüb.

Vahid Əhmədov müharibənin nə vaxt başa çatacağı barədə dəqiq heç nə deyə bilməyəcəyini söyləyib:

“Əvvəl aprel-may aylarında savaşın bitəcəyini düşünürdüm. Çünki Türkiyə və Azərbaycan dövlət başçıları da tərəfləri bir araya gətirmək üçün çox səy göstərdilər, amma alınmadı. Həm də Ukraynaya ciddi yardımlar olurdu, indi isə vəziyyət fərqlidir”.

Amma deputat Ukraynanın qalib gələcəyini və ərazi bütövlüyünü bərpa edəcəyi qənaətindədir:

“Xarici dövlətlər Ukraynaya çox ciddi yardımlar edir. Baxmayaraq ki, Avropa dövlətləri arasında yardım məsələsində fikir ayrılığı var. Ancaq ümumi götürdükdə dünya ölkələri Rusiyanın işğal siyasətini pisləyir və Ukraynanın qalib çıxmasını istəyirlər”.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button