Loading...
Loading...
SEÇMƏ

Müharibənin 128-ci günündə Rusiya-Ukrayna cəbhəsində nələr yaşanıb?

Rusiya səhər saatlarında Odessaya raket zərbələri endirib

İyulun 1-də səhər saat 8.30-da Rusiya Odessa vilayətinin mülki infrastrukturuna raket zərbələri endirib.
Nəticədə 2-si uşaq olmaqla 18 nəfər həlak olub, 30 nəfər yaralanıb.

Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müavini Kirill Timoşenko “Telegram” kanalında yazıb.

Odessa.

O, mülki infrastruktur obyektləri sırasında iki istirahət mərkəzi və bir yaşayış binasının dağıntılara məruz qaldığını bildirib.

“Düşmən Qara dəniz istiqamətindən “Tu-22” strateji təyyarəsindən X-22 raketləri atıb”, – deyə Timoşenko bildirib.


Fransa Ukraynaya 6 “Sezar” haubitsası verəcək

Fransa Ukraynaya lazımi müdafiə texnikasını, o cümlədən daha 6 “Sezar” haubitsasını və əhəmiyyətli miqdarda zirehli texnikanı operativ şəkildə çatdıracaq”.

Bunu Fransa Prezidenti Emmanuel Makron iyunun 30-da özünün “Twitter” səhifəsində yazıb.

Эмануель Макрон
Источик: Alexandros Michailidis/Shutterstock

Emmanuel Makron başqa bir mesajda vurğulayıb ki, NATO liderləri yekdilliklə – Avropa Şurası və G7 liderlərinin bir neçə gün əvvəl etdiyi kimi – Ukraynaya iqtisadi, humanitar və hərbi dəstəyi gücləndirmək qərarına gəliblər.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Həmin sanksiyaların qarşılığında Rusiya da bəzi Avropa ölkələrinə maye qaz satışını azaldıb. Nəticədə, Avropada qaz qıtlığı yaranıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

The post Müharibənin 128-ci günündə Rusiya-Ukrayna cəbhəsində nələr yaşanıb? appeared first on MEYDAN.TV.



Meydan TV

Gözdən qaçırmayın:  Şəhid anası: “Qapılarda qalmışam”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button