2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Müharibənin 132-ci günü: Ukraynada yaşananlar – yenilənir

Yayımlandı: 5 İyul 2022 14:20

Rusiya “Junior Eurovision”də iştirak etməyəcək

Rusiya “Junior Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Milli seçim turlarını təşkil edən akademiyanın məlumatında belə deyilir.

Bildirilir ki, bu qərar “Birinci Kanal”, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti (VGTRK) və “Ostankino” radio evinin Avropa Yayım Birliyindən (EBU) çıxarılması ilə əlaqədar qəbul edilib.

“Junior Eurovision”. Foto: Tsikhanovich Alena/shutterstock

Bu addım Rusiyanın “Eurovision 2022” mahnı müsabiqəsindən uzaqlaşdırılmasına cavab olaraq atılıb.

Avropa Yayım Birliyi fevralın 25-də Rusiyanı “Eurovision 2022” müsabiqəsindən kənarlaşdırıb.

“Junior Eurovision” Beynəlxalq Mahnı Müsabiqəsi 2003-cü ildən Avropa Yayım Birliyi tərəfindən keçirilir.


Ukraynaya 100 milyon funt-sterlinq hərbi yardım veriləcək

Şotlandiya və Uels Ukraynaya ümumi məbləği 100 milyon funt-sterlinq hərbi yardım ayırmağa qərar verib.

Bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson “Twitter” səhifəsində yazıb.

Baş nazir bildirib ki, Uels hökuməti Ukraynaya hərbi dəstək üçün 35 milyon vəsait ayırıb, uelsli ailələr isə 3 min qaçqını qəbul edib.

Boris Conson. Foto: Michael Tubi/ shutterstock

B.Conson Şotlandiyanın da 65 milyon funt-sterlinq ayırdığını əlavə edib:

“Həmçinin Ukraynadan olan qaçqınları qəbul etməyə hazır olduğunu bəyan ediblər”.


Litva Rusiyanın aktivlərinin Ukraynaya verilməsini təklif edir

Litvanın Baş naziri İnqrida Simonyte Rusiyanın sanksiyaya məruz qalan aktivlərinin müsadirə edilərək Ukraynanın bərpasına verilməsi üçün hüquqi mexanizmin yaradılmasını təklif edib.

“Mən sanksiyalar tətbiq edən Avropa İttifaqı və ittifaqa daxil olmayan ölkələri bu aktivlərin müsadirəsi üçün hüquqi mexanizm yaratmağa çağırıram”, – deyə Simonyte bildirib.

Mənbə: DELFİ

Onun sözlərinə görə, Ukrayna dağıdılmış ərazilərinin bərpa planını təqdim edib:

“İndi tərəfdaşlar müzakirələrdə onun birgə həyata keçirilməsini nümayiş etdirməlidirlər. Ən adekvat yol sanksiyalara görə dondurulmuş Rusiya aktivlərindən istifadəni nəzərdən keçirməkdir. Biz Rusiya tərəfindən öldürülən insanları dirildə bilmərik, lakin əmin olmaq üçün real şansımız var. Çünki bu aktivlər bizim banklarımızdadır”.


Finlandiya və İsveç üzvlük protokollarını imzalayıblar

Finlandiya və İsveçin xarici işlər nazirləri NATO-ya daxil olmaq haqqında protokolları imzalayıblar.

Bunu iyulun 5-də NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Stokholm və Helsinki iyulun 4-də Alyansa tək raundda qoşulmaq üçün rəsmi danışıqları başa çatdırıblar.

Mənbə: “euronews”

Mərasimi açan Yens Stoltenberq deyib ki, NATO-nun qapıları bütün Avropa demokratiyaları üçün açıqdır:

“Bu gün Finlandiya, İsveç və NATO üçün yaxşı gündür. Biz 32 üzv ölkə ilə daha da güclənəcəyik”.

Uzun müddət neytral olan iki Şimali Avropa ölkəsi bu ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsindən sonra hərbi-siyasi alyansa üzv olmaq istədiklərini bəyan ediblər.


Ukrayna bərpa planını açıqladı: rus oliqarxların pulları tələb olunur

Ukraynanın Baş naziri Denis Şmıqal Rusiyanın işğalından sonra Ukraynanın üç mərhələli bərpa planı keçməli olduğunu açıqlayıb.

Ukrayna, Xarkov. Foto: Reuters

O bildirib ki, bu mərhələlərdən ibarət plan üçün onlara azı 750 milyard dollar lazım olacaq.

Denis Şmıqal həmçinin İsveçrənin ev sahibliyi etdiyi Ukraynanın Bərpası Konfransında Rusiyanın işğalı nəticəsində Ukrayna infrastrukturuna 100 milyard dollardan çox birbaşa ziyan dəydiyini bildirib.


Ukraynada daha bir azərbaycanlı ailə həlak olub

Rusiyanın Donetsk vilayətinin Svyatoqorsk rayonuna atdığı raket zərbələri azərbaycanlı ailənin ölümünə səbəb olub.

Ukrayna, Donetski. Mənbə: Reuters

İyulun 5-də Ukrayna vətəndaşı Eldar Rzayevin evi Rusiya Silahlı Qüvvələrinin artilleriya atəşinə məruz qalıb.

Raket zərbəsi nəticəsində ev tamamilə yanıb. Evdə olan Eldar Rzayev həyat yoldaşı ilə birgə yanaraq həlak olub.


Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.



Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button