Gündəm

Müharibənin beşinci günü: Ruslar döyüşə bilmir

Rusiya işğalçı qüvvələri müharibənin beşinci günündə hücumun tempini aşağı salıblar, amma yenə də ayrı-ayrı istiqamətlərdə hücum cəhdlərini davam etdirirlər. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının son məlumatında deyilir.

Hava-hücum əməliyyatları zamanı düşmən hərbi və mülki aerodromlara, qoşunların idarəetmə mərkəzlərinə, hava hücumundan müdafiə sistemi obyektlərinə, mühüm infrastruktur obyektlərinə, yaşayış məntəqələrinə və müdafiə rayonlarında bölmələrimizə atəş zərbələri endirməkdə davam edib. Düşmən beynəlxalq humanitar normaları pozaraq Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına da zərbələr endirib”,-məlumatda bildirilir.

 

Baş qərargah bəyan edib ki, Rusiya qəsbkarlarının hərbi əməliyyatlarda qarşıya qoyduqları hədəfə çatmaq cəhdləri uğursuzluğa düçar olub. “Batalyon-taktiki qruplaşmaların hücumlarını hələ onların hərəkətə başladığı vaxtda uğurla dəf etmək mümkün olur, nəticədə düşmən hücumdan imtina edir. Bu günə olan məlumata görə Ukrayna ordusunun təkcə bir briqadasının artilleriya zərbələri nəticəsində düşmənin 5-dən artıq canlı qüvvə və hərbi texnika kalonu darmadağın edilib”,-məlumatda deyilir.

Qeyd olunur ki, düşmən ruhdan düşüb və böyük itkilər verir. Fərarilik və əmrə tabe olmama halları artır.

 

Ukrayna Quru Qoşunlarının qərargahı isə bildirir ki, müqavimətin 96 saatının arxada qaldığı bir vaxtda paytaxt Kiyev Ukraynanın nəzarətindədir. “Bu gün düşmən Kiyevin müdafiəsini yarmağa yenidən cəhd edib, dəfələrlə Rusiya qoşunlarının kalonları paytaxtın ətraf rayonlarına hücuma cəhd göstəriblər. Düşmənin bütün bölmələri nəzarət altında saxlanılıb və vaxtında zəruri tədbirlər görülüb. Vətənimizin paytaxtında vəziyyət nəzarət oluna biləndir”,-qərargah bildirir.

Quru Qoşunlarının komandanı, Kiyevin müdafiəsinə komandanlıq edən general-polkovnik Aleksandr Sirskiy əlavə olaraq onu da bəyan edib ki, Rusiya qoşunları demoralizə olub və əldən düşüb, onlar şəxsi heyət və texnika sarıdan böyük itkilər verirlər.

virtualaz

Gözdən qaçırmayın:  İşğalın 6-cı günü - UKRAYNA ƏZMLƏ MÜDAFİƏ OLUNUR

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button