2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
DünyaSiyasət

Müharibə başladı – ABŞ Suriyanı bombaladı

ABŞ Suriyanı vurmağa başlayıb.


Strateq.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyi (Pentaqon) açıqlayıb.
Pentaqonun dünən gecə yaydığı məlumata görə, Suriya rejiminə aid bir hərbi hava limanına 50-dən çox “Tomahawk” raketi atılıb. Hava limanının Aralıq dənizindəki ABŞ-a aid döyüş gəmilərindən vurulduğu qeyd edilir.
ABŞ-a aid “USS Ross” və “USS Porter” raket gəmilərinin Suriya sərhədlərinə yaxınlaşdığı bildirilir.
“Reuters” ABŞ-ın vurduğu hava limanının adını da açıqlayıb. Bu, Humus yaxınlarındakı əl-Şayrat hava bazası imiş. Əl-Şayrat hərbi başası İŞİD-lə mübarizə çərçivəsində Rusiyanın Palmiraya hərbi əməliyyatları zamanı istifadə edilən hava limanıdır. Rus vertolyotlarının bu hərbi bazadan vaxtaşırı istifadə etdiyi bildirilir.
Tramp da Suriyaya hərbi hücumla bağlı açıqlama verərək deyib: “Bu gecə, Suriyada kimyəvi hücum həyata keçirən təyyarələrin qalxdığı hava sahəsinin vurulması əmrini verdim”.
Pentaqonun bir yetkilisi də vurulan hava limanının kimyəvi hücumlarda istifadə olunan təyyarələrin yerləşdiyi əsas baza olduğunu deyib və əməliyyatlarının növbəti təlimatı alana qədər dünənki hücumla məhdudlaşacağını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button