2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Müharibə cinayətləri necə araşdırılmalıdır? (VIDEO)


Norveç Helsinki Komissiyasının müharibə cinayətlərinin sənədləşdirilməsi üzrə mütəxəssisi Aage Borchgrevink AzadlıqRadiosuna müsahibə verib.

Münaqişə qurbanı olan mülki şəxslərin hüquqları beynəlxalq səviyyədə necə qoruna bilər?

Həm Azərbaycan, həm də Ermənistan tərəfdə hücuma məruz qalmış mülkilər Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilərlər. Amma bu məhkəmənin qərarı yalnız dövlətlərə qarşı olacaq. Bu halda Azərbaycan vətəndaşları Ermənistan dövlətini məhkəməyə verə bilər. Amma Avropa İnsan Haqları Məhkəməsi mülkiləri hədəfə almaq barədə əmr vermiş şəxsi cinayət məsuliyyətinə cəlb etmir, burda cavabdeh tərəf yalnız dövlətlər olur. Norveç Helsinki Komitəsi olaraq biz bu fikri təbliğ edirik ki, hazırkı Qarabağ münaqişəsində müharibə cinayətlərinin daha detallı araşdırılması üçün müstəqil beynəlxalq araşdırılma aparılsın. Əgər sənədləşdirilmə əsaslı şəkildə aparılarsa, ədaləti müdafiə etmək üçün bir neçə imkan açılar. Bundan başqa, ümid edirəm ki, tərəflər yerli səviyyədə də araşdırma aparacaqlar. Qeyd edim ki, əgər əldə sənəd olarsa, cinayətkara qarşı fərdi qaydada “Magnitsky” tipli sanksiyalar tətbiq oluna bilər. Bu, məhkəmə yolu ilə aparılmır, amma bu da bir yoldur ki, müharibə qanunlarını pozanlar cəzalandırılsın. 

Saytların yığılması Saytlarin yigilmasi

 

Avropa İnsan Haqları Məhkəməsi çərçivəsində müharibə cinayəti qurbanı olan fərdi şəxslərin müdafiəsi üçün başqa hansı imkanlar var? 

Avropa İnsan Haqları Məhkəməsi çərçivəsində bir neçə proses var. Bunlardan biri vətəndaşların dövlətləri məhkəməyə verməsidir. Avropa Şurasına üzvü olan istənilən dövlətin vətəndaşı bu məhkəməyə müraciət edə bilər. İkincisi isə dövlətlərin dövlətlərə qarşı iddia qaldırmasıdır. Məsələn, Gürcüstan və Ukrayna Rusiyanı onların ərazilərini işğal etdiyinə görə məhkəməyə verib. Amma bu cür işlərin hüquqi proseduru uzun çəkir və nəticəsi həmişə qaneedici olmur. Hesab edirəm ki, cəzasızlıq post-sovet məkanında münaqişələri həvəsləndirir. Bu coğrafiyada çoxlu sayda silahlı münaqişələr olub, müharibə cinayəti, hətta insanlıq əleyhinə cinayətlər törədilib, amma ədalət çox az təmin olunub. Müharibə cinayəti cəzasız qalır, əksinə, bunu törədənlər siyasi dividentlərlə mükafatlandırılır. 

Qadağan olunmuş silahlardan istifadə də müharibə cinayətidirmi? 

Kasset bombalarının hər iki tərəfdən istifadə olunması barədə beynəlxalq təşkilatların hesabatları var. Bu silahlar beynəlxalq razılaşma ilə qadağandır. Amma nə Azərbaycan, nə də Ermənistan bu razılaşmaya imza atıb. Bununla belə, razılaşmanın özü beynəlxalq hüquqi norma yaradır və belə silahdan istifadə beynəlxalq hüququn pozulması sayılır. Bundan mülkilərə qarşı istifadə olunması isə daha çox pozuntu sayılır. O ki qaldı fosfor bombalarının istifadəsi ilə bağlı iddialara, hesab edirəm ki, bu, bir daha müstəqil beynəlxalq araşdırmaçıların əraziyə buraxılmasının nə qədər vacib olduğunu göstərir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button