2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Müharibə partiyası qalib gəlir” – Moskvadan HƏYƏCAN TƏBİLİ

“Kiyevdə müharibə partiyası qalib gəlir”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında çıxışında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Təəssüf ki, Kiyevdə müharibə partiyası qalib gəlir. Təmas xəttində silahlı təxribatlar davam edir. Bunu ATƏT-in xüsusi monitorinq missiyasının məruzələri də göstərir. Donbasa qarşı blokada rejimi tətbiq edilib. Bu, yalnız regiona deyil, bütövlükdə Ukraynaya zərər vuracaq”, – Rusiya xarici siyasət idarəsinin başçısı söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Lavrov bildirib ki, Kiyevin Minsk razılaşmaları üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün “Normandiya formatı”nın (Rusiya, Ukrayna, Almaniya və Fransa daxildir –red.) israrlı davranışına ümid edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button