2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Müharibə yenidən başladı – bütün silahlardan istifadə edilir

Ukraynanın şərqində anti-terror əməliyyatları zonasında vəziyyət gərginləşməkdə davam edir.


Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, rəqib bütün istiqamətlərdə Ukrayna Silahlı Qüvvələrinə qarşı ağır silahlardan, xüsusi halda 82 və 120 millimetr kalibrli minaatanlardan, həmçinin 122 və 152 millimetr kalibrli toplardan istifadə edir.
Ukrayna Silahlı Qüvvələri Baş qərargahının məlumatına görə, iyunun 22-də separatçıların nəzarətində olan ərazidən 300-dən çox minaatan və 160-dan çox top mərmisi atılıb. Həmçinin, düşmən snayperləri aktiv şəkildə işləyir. Baş qərargahdan bildirilir ki, döyüş əməliyyatları 2015-ci ilin avqust ayının səviyyəsində aparılır.
Ukrayna prezident administrasiyasının anti-terror məsələləri üzrə sözçüsü gündəlik brifinqdə bildirib ki, iyunun 22-də təmas xəttində 1 Ukrayna hərbi qulluqçusu həlak olub, 11-i yaralanıb.
Donetsk istiqamətində vəziyyətin daha mürəkkəb olduğu bildirilir. Baş qərargahdan verilən məlumata görə, bütün cəbhə boyu bütün mövcud silahların tətbiqi ilə atəşkəs pozulur. Hazırda ən qaynar nöqtələr Qorlovka şəhərətrafı, Avdeyevsk sənaye ərazisi və Pesok rayonudur.
Cənub – Mariupol istiqamətində də vəziyyətin gərgin olduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button