2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Münhen – iki il sonra

Mehman Əliyev

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan iki ildən sonra yenə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində müzakirələrdə iştirak ediblər. Bu dəfə panel müzakirələrinin gündəliyini 15 fevral 2020-ci ildəki “Dağlıq Qarabağla bağlı yenilik” mövzusunu əvəz edən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” təşkil edirdi.

Amma bu iki ildə təkcə panellərin adı deyil, 30 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsinin bütün arxitekturası dəyişib. Müzakirələrin hər iki iştirakçısı rollarını dəyişib – indi Əliyev işğal edilmiş Azərbaycan ərazilərini azad edən şəxs rolunda çıxış edir, Paşinyan isə öz missiyasını Qarabağın ermənilər məskunlaşan hissəsinin Azərbaycanın tarixi və beynəlxalq səviyyədə tanınan əraziləri üzərində yurisdiksiyasını tam bərpa etməsindən xilas etməkdə görür.

Ötən ilki müzakirələrdən fərqli olaraq, tərəflər regionun tarixinin çox dərinliklərinə getməyib, sovet və postsovet dövrünün faktları ilə kifayətlənsələr də, münaqişənin nizamlanması məsələsində danışıqlardakı mövqeləri və yanaşmaları qoruyub saxlayıblar. Azərbaycan əvvəlki kimi məsələnin mərhələli həllində, Ermənistan isə paket şəklində həllində israr edir. Amma iki yanaşmanın məzmunu xeyli dəyişib. 2020-ci il müharibəsinə qədər Azərbaycanın mərhələli yanaşması Ermənistanın işğal edilmiş əraziləri azad etməsindən və daha sonra muxtariyyət verilməsi mümkünlüyü ilə Qarabağın ermənilər məskunlaşan hissəsinin statusunun müzakirə olunmasından ibarət idi. Ermənistan tərəfi ərazilərin Azərbaycana qaytarılmasını eyni zamanda statusun müəyyən edilməsi, yəni Bakının, formal da olsa, referendum vasitəsilə Qarabağ ermənilərinin müstəqilliyini tanıması ilə əlaqələndirirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanın 2020-ci ilin payızında işğal edilmiş ərazilərini azad etməsi Ermənistanın “status müqabilində torpaqlar” şərtini gündəlidkən çıxarıb. Tarixi böyük Qarabağ çərçivəsində ermənilərin məskunlaşdığı ərazi Azərbaycana qayıdıb. Və bugünki gündəlikdə de-yure formalaşmış status-kvonun təsbit edilməsi, yəni Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və bu sənəd kontekstində Qarabağ erməniləri məsələsinin həlli nəzərdə tutulur.

Bu gün Azərbaycanın mərhələli mövqeyinə tərəflərin SSRİ-nin yaradılması haqqında müqavilənin ləğvi dövründə elan etdiyi ərazi bütövlüyünün qarşılıqlı olaraq təsdiq edilməsi və daha sonra Bakı və Qarabağ erməniləri arasında onların Azərbaycanın tərkibində tamhüquqlu mövcudluğu haqqında dialoqun başlaması daxildir. Yerevanın paket şəklində yanaşması Qarabağın ermənilər məskunlaşan hissəsinin statusunun sinxron həllini ehtiva edir, burada statusla bağlı Bakının bu ərazi üzərində yurisdiksiyasını istisna edən razılaşma birinci plana çıxarılır.

Bir-birini istisna edən bu iki yanaşmanın mövcudluğu ilə əlaqədar Münhen panel müzakirələri “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” gündəliyinə uyğunluq nöqteyi-nəzərdən baş tutmayıb. Moderator, iki il əvvəl də olduğu kimi, təkcə Qarabağ nizamlanması ilə bağlı deyil, bütünlükdə Cənubi Qafqazın təhlükəsizliyi gündəliyi ilə bağlı belə tərəfləri konstruktiv müzakirə səviyyəsinə çıxara bilməyib. Toplanan Qafqaz üçlüyünün mərkəzində olması təsadüfi olmayan Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin iştirakı da buna kömək etməyib. Bəlkə də Qaribaşvili təkcə Münhen konfransının səhnəsində deyil, həm də sülhməramlı qabiliyyətlərini nümayiş etdirdiyi Cənubi Qafqazda moderator kimi çıxış etsəydi, görüşün təsiri fərqli ola bilərdi. Gürcüstan baş naziri Bakı və Yerevan arasında vasitəçi kimi çıxış edib, bu, bir sıra qərarlarla, o cümlədən Azərbaycanın bir qrup erməni əsiri azad etməsi və Ermənistanın minalanmış Azərbaycan ərazilərinin xəritələrini təqdim etməsi ilə əlamətdar olub.

Əliyev və Paşinyan müzakirələrinin işıq sala bilmədiyi Ermənistan-Azərbaycan qarşıdurmasında gələcək inkişafın nikbin ssenarisinin ən önəmli xəbərçisi ABŞ dövlət katibi Entoni Blinkenin bəyanatı olub. O, Bakı və Yerevan arasında sülh sazişinə gedən yolda “xeyli irəliləyiş” olduğunu qeyd edib. “Ermənistan-Azərbaycan sülh prosesinin plana uyğun getdiyini və iki tərəf arasında danışıqların davam etdiyini eşitmək xoşdur”, deyə Blinken Əliyev və Paşinyanla görüşündən sonra Tvitter-də yazıb.

Beləliklə, Blinken sülh prosesinin Planı olduğunu, bu plan üzrə böyük irəliləyiş əldə olunduğunu və onun inkişaf etdirildiyini dilə gətirib. Əliyevin Blinkenin iştirakı ilə üçtərəfli görüşdən sonra səsləndirdiyi bəyanat da müəyyən dərəcədə bu faktı təsdiq edir. “Üç gün əvvəl biz Ermənistan tərəfdən sülh sazişi haqqında təkliflərimizə cavab aldıq və indi onlar tətqiq olunur. İlk baxışda Ermənistanın mövqeyində irəliləyiş var, amma bu, kifayət qədər deyil”.

Ermənistanın Türkiyə istiqamətində atdığı xoş məram addımları da Blinkenin tezisini təsdiq edir. Yerevan Türkiyənin cənubunda baş verən dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Ankaraya kömək əlini uzadıb. Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsini birbaşa Ermənistan-Azərbaycan münasibətlərinin həlli ilə əlaqələndirən prezident Recep Tayyip Erdoğan administrasiyasının uzanan yardım əlini tutması Bakı-Ankara-Yerevan danışıqlar prosesində də ciddi müsbət tektonik irəliləyişin baş verdiyinə dəlalət edir.

44 günlük müharibə ərəfəsindəki status-kvodan fərqli olaraq, bu gün geosiyasi cəbhədə siyasi-diplomatik və hərbi uğursuzluqların emosional fonu gərginləşdirdiyi Ermənistan cəmiyyətində Azərbaycanla sülhün əleyhdarlarının nişan aldığı Paşinyanın güzəştə getməsi xeyli çətindir. Görünür, buna görə Fransa prezidenti Emmanuel Makron Münhen platformasında bir daha Parisin Paşinyan komandasının və tərəfdarlarının addımlarını dəstəklədiyini vurğulamaq məcburiyyətində qalıb. “Bunu dostum, gələcəkdə də dəstəkləyəcəyimiz və əməkdaşlığı davam etdirəcəyimiz baş nazir Nikol Paşinyanın yanında deyirəm”.

24 saat” “Münhen – iki il sonra” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button