2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Müqavimət göstərən koronavirus xəstələrini güllələyin – Bu ölkənin prezidenti polisə göstəriş verdi

Yerli televiziya ilə millətə müraciət edən Filippin prezidenti Rodrigo Duterte aprelin 2-də polisə koronavirus daşıyıcıları ilə bağlı göstəriş verib. Onun fikrincə, belə şəxslər orduya və güc strukturlarına qarşı müqavimət göstərəcəkləri təqdirdə yerindəcə güllələnməlidir.

az24saat.org xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi yayıb.

“Mənim polis və orduya əmrim: hər hansı bir problem yaransa və sizə müqavimət göstərsələr, dərhal öldürün. Başa düşdünüz? Dərhal”, – deyə Duterte yerli televiziya ilə millətə müraciəti zamanı bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Milli polisin rəhbəri deyib ki, Prezidentin nitqində vəziyyətin çox ciddi olduğu başa düşülür: “Ancaq güc strukturları heç kimə atəş açmayacaq”.

Hal-hazırda, rəsmi məlumatlara görə, Filippində koronavirusdan 96 nəfər ölüb, 2300-dən çox infeksiya halları təsdiqlənib. Lakin testlərin kifayət qədər olmaması səbəbindən bu statistika natamam ola bilər. Ölkədə hər gün xəstələnənlərin sayı yüzlərlə artır.

Müstəqil media bildirib ki, polis Manila şəhərinin yoxsul bölgələrində etiraz edənlərin bir neçəsini həbs edib. Onların tələbi səlahiyyətlilərdən humanitar yardımın artırılmasıdır.

“Vəziyyət pisləşir. Ona görə də mən problemin ciddiliyini sizə bir daha deyirəm və siz məni eşitməlisiniz”, – deyə məlumatda Duterte vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button