2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

“Müqaviməti dayandırın və İsrailə təslim olun!” – TƏKLİF

Səudiyyə Ərəbistanının məşhur qəzetlərindən olan “Əl-Cəzirə”nin yazarı Məhəmməd Əl-Şeyx fələstinliləri qəzəbləndirəcək bir tövsiyə ilə çıxış edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yazar fələstinlilərə silahlı müqaviməti dayandıraraq İsrailə təslim olmağı məsləhət görüb.

Onun sözlərinə görə, İsraillə sülhdən başqa yol yoxdur. Məhəmməd Əl-Şeyx fələstinlilərin İsrailə qarşı silahlı müqavimətini tənqid edərək bunun “siyasi intihar” olduğunu söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

“Amerika Konqresinə keçirilən seçkilərə pul ayıranların hər 10-dan 7-si yəhudidir. Amerika İsrail İctimai İşlər Komitəsi (AIPAC) adlanan yəhudi təşkilatı ölkənin ən güclü lobbisidir”, – deyə müəllif qeyd edib.

Yazar hesab edir ki, Fələstin məsələsi hazırda ərəblərin gözündə əvvəlki dəyərini itirib və artıq prioritet məsələ deyil: “Çünki vətəndaş müharibələri dörd ərəb ölkəsini yıxıb. Fələstinlilərə bunları tövsiyə edirəm: inad və özlərini böyük görmək zərərdən başqa heç bir şey gətirməyəcək. Sonda bu inad və qürurun əvəzini yalnız fələstinlilər ödəyəcək”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button