2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Murat Bozun Bakıya gələcəyi gün məlum oldu – VİDEO

Türkiyənin məşhur müğənnisi, son illər özünü aktyor kimi də sınayan Murat Boz Bakının qonağı olacaq. Belə ki, sənətçi yanvarın 5-də Nizami Kino Mərkəzində nümayiş olunacaq “Dönərsə, sənindir” filminin qala gecəsinə qatılacaq.

Bu haqda musavat.com saytına mərkəzin PR meneceri Arzu Əhmədova məlumat verib: “Yanvarın 5-də Nizami Kino Mərkəzində “Dönərsə, sənindir” filminin qala gecəsi keçiriləcək. Artıq gecəyə Murat Bozun gələcəyi dəqiqləşib. Filmdə rol alan aktrisalar Yasemin Allen və İrem Sakın gəlişi isə hələ məlum deyil. Danışıqlar aparılır” .
Qeyd edək ki, ayrılıqdan sonra yaşanan depressiyanı və sevgilini geri döndürmə səylərini əyləncəli bir dillə izah edən “Dönərsə, sənindir” filmi Mehmet (Murat Boz), həyatının eşqi Selin (Yasemin Allen) və ayrıldıqdan sonra Selini geri qazanmaq üçün Mehmetə kömək edən Defnədən bəhs edir.
Prodüserliyini TAFF-ın boynuna götürdüyü filmin rejissoru Erol Özlevidir. Ssenarisi isə Gizem Elçi və Oğulcan Türeyə məxsusdur.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button