Loading...
Loading...
Xəbərlər

Müsəlman Birliyi Hərəkatı üzvünün saxlanıldığı deyilir

Məlumata görə, Mahir Əzimov iyulun 20-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb

Müsəlman Birliyi Hərəkatının fəalı Mahir Əzimovun saxlanıldığı bildirilir.

Bu barədə “Turan”a Müsəlman Birliyi Hərəkatından məlumat verilib.

Məlumata görə, Mahir Əzimov iyulun 20-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb:

“Mahirin işlədiyi mağazaya bir neçə mülki geyimli şəxs gəlib. Onlar Mahirə heç bir səbəb göstərmədən ona zor göstərərək gəldikləri maşına mindirib naməlum istiqamətə aparıblar”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov da bir sıra ağır cinayətlərdə ittiham edilərək 20 il həbs cəzası alıb.

Birliyin başqa həbsdə olan üzvləri də var. Onlar ittihamları qəbul etmir, siyasi sifarişlə həbs olunduqlarını deyirlər.

Rəsmilər isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  İnfeksionist: 'Azərbaycan koronavirusla bağlı yeni dalğanın başlanğıcındadır'

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button