2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Müsəlman Birliyi” Hərəkatının bir qrup üzvü aksiya keçirməyə cəhd göstərib

Bu gün “Müsəlman Birliyi” Hərəkatının bir qrup üzvü Prezident Administrasiyası önündə aksiya keçirməyə cəhd göstərib.
Onlar deyir ki, hərəkatın 12 üzvü etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.
Onlar polisin işgəncə tətbiq etməsi və Allahı təhqir etməsinə etiraz olaraq aclıq edirlər.
DİN bundan əvvəl bu iddiaları böhtan adlandırıb.
“Müsəlman Birliyi” Hərəkatının lideri, həbsdə olan Tale Bağırzadə 17 gündən çoxdur ki, Qobustan həbsxanasında aclığı davam etdirir.
Hərəkatın bir neçə digər üzvü və dindarlar onunla həmrəylik əlaməti olaraq aksiyaya qoşulublar.
Aclıq aksiyası ilə bağlı son günlərdə müxtəlif vətəndaşlar tərəfindən etiraz aksiyaları keçirilib.
2015-ci ildə polisin Nardaranda keçirdiyi əməliyyatı zamanı həbs olunub. Həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, 16 nəfər də saxlanılıb. Məhkəmə Tale Bağırzadəni 20 il azadlıqdan məhrum edib.

The post “Müsəlman Birliyi” Hərəkatının bir qrup üzvü aksiya keçirməyə cəhd göstərib appeared first on MEYDAN.TV.

Saytların yığılması Saytlarin yigilmasi

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button