Siyasət
Musa Qasımlı: “Ermənilər Cənubi Qafqaza gələrkən tarixi abidələri dağıdıblar”
“Ermənilər Cənubi Qafqaza gələrkən ilk növbədə tarixi abidələri dağıdıblar. Ona görə biz ölkə sərhədlərimizdən kənarda yerləşən tarixi abidələrimizi də araşdırmalı və onlara sahib çıxmalıyıq”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin deputatı Musa Qasımlı “Qərbi Azərbaycana Qayıdış: Tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının təqdimatında çıxışı zamanı deyib.
“Düşünürəm ki, tarixi abidələrimizin tədqiqatı ilə bağlı çap edilmiş kitabları xarici dillərə tərcümə etməli və müxtəlif ölkələrdə həmin kitabların təqdimatını keçirməliyik”, – deputat vurğulayıb.
Mənbə:Report