2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Müşahidə altında ölkəni qısa müddətə tərk edən MTN generalı VİP girişə buraxılmadı – SINDI

Sabiq MTN generallarının VİP salon sevdası

Generalların 10-cu dərəcəli yaxınları da aeroporta bu girişlərdən daxil olurmuş

Ləğv edilən MTN-nin generalları ilə bağlı 24saat.org-a maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, bir qismi həbs edilən, digər qismi isə fəxri girov statusunda olan generallar MTN dönəmində hava limanından istifadə edərkən hamı üçün mütləq olan təhlükəsizlik qaydalarını kobud şəkildə pozub, hava limanı işçilərinə münasbətdə ciddi kobudluq və sayqısızlığa yol veriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Mənbənin sözlərinə görə, hava limanına hər zaman vip salondan daxil olan sabiq generalların hətta 10-cu dərəcəli yaxınları da aeroporta adi girişdən daxil olmağı özlərinə ayıb bilib, general qohumlarının tapşırığı ilə hər zaman vip salondan istifadə ediblər.

Bundan başqa, Eldar Mahmudovun general kontingenti vip salonlarda təhlükəsizlik və nəzarət mərkəzi ilə quraşdırılan, hər bir istifadəçinin bir neçə saniyəlik qarşısında dayanması gərəkən kamera qarşısında heç vaxt dayanmayıb, bunu öz şənlərinə sığışdırmayıblar. General və onların yaxın çevrəsinin əşyalarının yoxlanılması da həyata keçirilməyib. Ümumiyyətlə, sabiq generallar və onların yaxın qohumlarına münasibətdə heç bir yoxlanış proseduru tətbiq edilməyib.

Biligili qaynağın məlumatına görə, MTN generalları adıçəkilən qurumda çalışdıqları dönəmdə həm hava limanı, həm də sərhəd xidmətinin əməkdaşları ilə kobud davranışları ilə diqqət çəkiblər və bu səbəbdən hər iki qurumun əməkdaşları üçün arzuedilməz şəxslər olublar.

Mənbə onu da qeyd edib ki, məlum “MTN işi”ndən sonra azadlıqdakı bəzi sabiq generallar müşahidə altında ölkəni qısa müddətə tərk edən zaman vip salondan istifadəyə cəhd etsələr də buna icazə verilməyib. Habelə, sabiq generalların yaxın keçmişdəki əməllərini unutmayan hava limanının təhlükəsilik xidməti onları heç vaxt dayanmadıqları kamera qarşısında məqsədli şəkildə dəqiqələrcə saxladıb.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button