2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Müsavat başqanının müşaviri həbs olundu

Yayımlandı: 26 İyul 2022 21:59

Arif Hacılı: “Demokratik islahatlar apardığını bəyan edən hakimiyyət, əksinə, repressiya tədbirlərini daha da artırır”

Müsavat başqanının müşaviri, partiyanın Məclis üzvü Əlikram Xurşudov həbs edilib. Bu barədə Meydan TV-yə partiyadan verilən məlumatda bildirilir ki, polisə müqavimət ittihamıyla onun haqqında 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Əlikram Xurşudovun yaxınları da məlumatı təsdiqləyib. Yaxınlarının dediyinə görə, iyulun 26-da axşam saatlarında onun özü ailəsilə telefonla əlaqə saxlayıb:

“Atasına dedi ki, ona 30 sutka həbs cəzası veriblər. Artıq Binəqədidə yerləşən, inzibati qaydada həbs olunanların saxlandığı məntəqəyə aparıblar. Oradan zəng eləmişdi”.

Əlikram Xurşudov müsavatçı fəal Tofiq Yaqublunun təşkilatçılığıyla iyulun 20-də Nazirlər Kabinetinin qarşısında keçirilən “Quru sərhədləri açın!” aksiyasında iştirak edib. O, həmin aksiyada saxlansa da, sonradan sərbəst buraxılmışdı.

Müsavat başqanı Arif Hacılı bildirib ki, Əlikram Xurşudovu iyulun 25-dən polislər axtarırdılar:

“Dünəndən zənglərlə axtarılan Əlikram bəy bu gün guya polisə tabe olmama ittihamı ilə 30 gün müddətinə həbs edilib. Demokratik islahatlar apardığını bəyan edən hakimiyyət, əksinə, repressiya tədbirlərini daha da artırır. Bununla da əsl avtoritar simasını göstərməkdə davam edir”.

“Quru sərhədləri açın!” şüarıyla keçirilən etiraz aksiyasında saxlanılan başqa bir müsavatçı fəal Əziz Məmiyevə də 30 sutka inzibati həbs cəzası verilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button