2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Müsavat da seçkilərə qatılmır

Müsavat Partiyası aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak etməyəcək.

Qərar, fevralın 10-da Müsavat Partiyası Məclisinin növbədənkənar sessiyasında qəbul olunub.

Məclisdə əsas müzakirə mövzusu elə növbədənkənar prezident seçkilərində iştirak edib-etməmək məsələsi olub.

Saytların yığılması Saytlarin yigilmasi

Müsavat Partiyası başqanı Arif Hacılı prezident seçkilərinin həm partiya, həm də ölkədan ötrü vacib, taleyüklü məsələ olduğunu vurğulayıb.

“Azərbaycanda növbədənkənar prezident seçkilərinin təyin olunması qeyri-qanunidir, onun legitim əsasları yoxdur. Çünki aprelin 11-nə təyin olunan prezident seçkiləri bundan əvvəl keçirilmiş saxta referendum nəticəsində qəbul olunan dəyişikliklərə söykənir. Digər tərəfdən, növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərar əsaslandırılmalı idi. İctimaiyyətə açıqlama, izahat verilməli idi. Ancaq Azərbaycan hakimiyyəti qərarın hansı zərurətdən doğması barədə tutarlı izahat verməyib”, A.Hacılı deyib.

A.Hacılı şəxsi mövqenin seçkilərə qatılmamaqdan yana olduğunu, ancaq məclisin verəcəyi qərara əməl olunacağını ifadə edib.

Müsavat Partiyasının prezidentliyə namizədi, Milli Strateji Düşüncə Mrəkəzinin rəhbəri İsa Qəmbər də veriləcək qərarlara hazır olduğunu vurğulayıb.

“İştirak qərarı verilərsə, mübarizə aparıb potensialımızı ortaya qoymağa qadirik. Əgər iştirakdan imtina qərarı verilərsə, bunun da hesab edirəm ki, kifayət qədər əsasları, məntiqi var, ona əməl edəcəyik. İndiyədək partiyamızda növbədənkənar seçki qərarı ilə bağlı aparılmış müzakirələrdən çıxan bir nəticə var – İlham Əliyev seçkidən, xalqdan qorxur. Əgər İlham Əliyev seçkidən, xalqdan qorxmasaydı, belə olmazdı, seçkini oktyabrdan önə çəkmək üçün heç bir başqa əsas yoxdur”, İ.Qəmbər vurğulayıb.

O, deyib ki, qanunvericilikdə hansı hallarda növbədənkənar prezident seçkilərinin həyata keçiriləcəyi ilə bağlı konkret göstərişlər var.

“Həmin halların heç biri mövcud deyil. Biz bütün qərarlarımızda bu məqamı nəzərə almalıyıq”, deyən İ.Qəmbər Müsavat Partiyasının Azərbaycandakı hakimiyyətlə heç vaxt separat danışıqlara getməyən, getməyəcək təşkilat olduğunu vurğulayıb.

“Ona görə, mən seçkiyə qatılıb, bütün gücümüzü bir daha sınamağın tərəfdarı idim. Ancaq son günlərdə xeyli məsləhətləşmələrdə iştirak etdim. Mən də o qərarı verdim ki, nə qədər çətin olsa da, seçkidə iştirakdan imtina etməliyik. Ancaq bu, mübarizənin sonu kimi yox, yeni mərhələ kimi qəbul olunmalıdır”.

İ.Qəmbər çıxışının sonunda vurğulayıb ki, prezident İlham Əliyev aprelin 11-nə təyin edilən seçkiləri saxtalaşdırıb, o kürsüdə yenidən zorakı şəkildə əyləşə bilər.

“Ancaq mən əminəm ki, onun bu dəfəki müddti 7 il çəkməyəcək, çox qısa çəkəcək”, İ.Qəmbər bildirib.

Çıxışlardan sonra seçkidə iştirak məsələsi səsə qoyulub. Məclis seçkidə iştirak etməməyə səs verib.

Xatırlatma

Fevralın 5-də dövlət başçısı İ.Əliyev növbədənkənar prezident seçkisinin elan edilməsi haqqında sərəncam imzalayıb.

Fevralın 6-da da MSK növbədənkənar prezident seçkisinin aprelin 11-də keçirilməsi ilə bağlı qərar verib.

Fevralın 8-də isə YAP-ın VI qurultayı keçirilib. Qurultayda Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İ.Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Halbuki, Azərbaycanda prezident seçkisinin, qanunvericiliyə uyğun olaraq, bu ilin oktyabrında keçirilməsi nəzərdə tutulurdu.

Müsavat Partiyasından əlavə müxalifətin başqa bir qüvvəsi olan Milli Şura da bundan əvvəl boykot haqqında qəarar verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button