2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Müsavat fəalı Rövşən Hüseynov saxlanılıb

Bakı/13.10.21 Müsavat Partiyasının üzvü Rövşən Hüseynov oktyabrın 13-də mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Bu barədə Müsavat Partiyasının sədr müavini Fərəc Kərimli bildirib. Hüseynov Suraxanı rayon polis idarəsinin 30-cu polis bölməsinə aparılıb.

“Bu gün 15:30 radələrində Rövşən Hüseynov saxlanılıb və polisə aparılıb. Saxlanılmazdan əvvəl mobil telefonuna zəng gəlib. Hüseynov telefonunu evdə qoyduğuna görə zəngə həyat yoldaşı cavab verib. Ona telefonu bölməyə gətirməli olduğunu deyiblər”, deyə Fərəc Kərimli Turan agentliyinə bildirib.

İki gün əvvəl polis Məmməd Əmin Rəsulzadənin Novxanı qəsəbəsindəki abidəsini ziyarətə gedən Müsavat fəallarının yolunu kəsib. Bu zaman Hüseynov polisin əməllərinə etiraz edib. Bəlkə də onun saxlanılmasına bu səbəb olub.

Saytların yığılması Saytlarin yigilmasi

DİN-in mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. -21D06-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button