2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Müsavat mitinq qərarı verdi

Müsavat Partiyası ” Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” şüarı ilə mitinq keçirmək barədə qərar qəbul edib.

Bu barədə partiyanın başqanı Arif Hacılı feysbuk profilində məlumat yayıb.
Onun sözlərinə görə, mitinq şənbə günü, saat 15-00-a təyin edilib.
Mehman Hüseynova 2018-ci il dekabrın 26-da yeni cinayət işi başlanılıb.
O, 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunur.
Bloger ittihamın yalan və böhtan olduğunu bildirib.
O, dekabrın 26-dan etiraz olaraq quru aclığa başladığını vəkilləri vasitəsi ilə bəyan edib. Hazırda bloger su içsə də, 11 gündür ki, qida qəbulundan imtina etməkdə davam edir.
Bloger 2017-ci il martın 3-də 2 il azadlıqdan məhrum edilib.
O, Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb – polisə böhtan atmaqda təqsirli bilinib.
Bloger həbsinin sosial şəbəkələrdə yaydığı ifşaedici videolarla bağlı olduğunu bildirib.
Mehman Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksək vəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb.
Videolar geniş ictimai müzakirələrə yol açıb. Onun Feysbuk səhifəsinin 350 minə yaxın izləyicisi var.
Bununla yanaşı, rəsmi Bakı bütün fundamental azadlıqların tam təmin edildiyini, fikrinə, siyasi əqidəsinə görə insanların həbs edilmədiyini bildirir.
Beynəlxalq təşklatlar isə Azərbaycanda 10 jurnalist və blogerin həbsdə olduğunu bəyan edir.
Amnesty İnternational ölkədə ondan çox insanı “vicdan məhbusu” elan edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button